Qaldırıcı qurğu böyük marağa səbəb olub
Tarix: 04.04.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Şəmkirli 23 yaşlı gəncin ev şəraitində hazırladığı qaldırıcı qurğu indi yaşadığı kəndlə yanaşı, ətraf yaşayış məntəqələrində də inşaat işlərində istifadə olunur.
İstixanaların qurulmasında metal konstruksiya işi ilə məşğul olan Zəfər Alıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Biz hər dəfə kran çağıranda əlavə xərc çəkirdik. Bu, həm də vaxt itkisinə səbəb olurdu. Belə qərara gəldim ki, kran hazırlayım. Həm vaxta qənaət edək, həm də işimiz asanlaşsın”.
Şəmkirin Qaracəmirli kəndində yaşayan Zəfər Alıyevin peşəsi qaynaqçıdır və bugünədək istixana komplekslərinin qurulması ilə pul qazanıb. Atası ilə birgə gördüyü iş qaldırıcı kran olmadan çətinlik yaratdığı üçün o, problemi birdəfəlik həll etmək qərarına gəlib və cəmi 9 günə istədiyinə nail olub.
Onun hazırladığı qurğu 360 dərəcə fırlanma, 6,5 metr hündürlüyə yüksəlmə və 300 kiloqramadək yükqaldırma gücünə malikdir. Qurğu elektrik enerjisi ilə işləyir.
Zəfərin ixtirası həm onun işini asanlaşdırır, həm də ona əlavə gəlir gətirir. Kranın yükqaldırma imkanlarını artırmaq barədə fikirləşən gənc yaşadıqları evin tikintisində də ixtirasından yararlanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info