“Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır”    
Tarix: 04.04.2017 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Rusiyanın terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə əməkdaşlığı regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq iqliminin yaradılması üçün ciddi səylər göstərir. Ölkəmizin ərazisinin Ermənistan tərəfindən işğalı, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi regionda sabitliyi pozan və bölgədə, ümumən ATƏT məkanında sülhə təhdid yaradan əsas amildir”.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iki ölkə arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı “Nezavisimaya qazeta”da dərc olunan yazısında deyilir.
 
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır: “Ona görə də biz dünya birliyinin bütün məsuliyyətli üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bərpası işində prinsipial mövqe ortaya qoyulmasına ümid edirik. Burada xüsusi rol sözsüz ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri və Cənubi Qafqazla tarixi-coğrafi baxımdan sıx bağlı olan Rusiya Federasiyasına məxsusdur. Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən son danışıqlar erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması məsələsinin öz müsbət həllini tapacağına dair müəyyən ümidlər oyatmışdı. Lakin təəssüf ki, bu görüşdən sonra Ermənistan müxtəlif bəhanələrlə danışıqların davam etdirilməsindən qaçmağa çalışır”.    
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info