“Azərbaycan dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib”
Tarix: 04.04.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Xarici siyasətimizin çox vektorlu və balanslı olması bütün dövlətlər və beynəlxalq strukturlarla maraqların qarşılıqlı hörmətinə söykənən bərabərhüquqlu münasibətlər qurmağa imkan verib. Nəticədə Azərbaycan xarici əlaqələrin coğrafiyasını xeyli genişləndirə, habelə beynəlxalq arenada möhkəm mövqelər və nüfuz əldə edə bilib”.    
 
Bu barədə xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyanın “Nezavisimaya qazeta” nəşrində yer alan məqaləsində deyilir.
 
E. Məmmədyarov qeyd edib ki, transmilli nəqliyyat-kommunikasiya və enerji layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun iqtisadi liderinə və dünyanın qlobal xəritəsində vacib oyunçuya çevrilib.
 
Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə isə nazir onların strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək iki ölkənin bir çox əsas məsələlərlə bağlı mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu gün Rusiya ilə bir çox tərəfdaşlıq əlaqələri sınaqdan keçdiyi halda, Azərbaycan-Rusiya münasibətləri bütün sahələri əhatə etməklə intensiv şəkildə inkişaf edir.
 
E. Məmmədyarov qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri həmçinin üçtərəfli regional əməkdaşlıq formatındakı mexanizmlər vasitəsi ilə zənginləşir. Nazir bildirib ki, Azərbaycan-Rusiya-İran formatında əməkdaşlıq trans-regional tərəfdaşlığın inkişafı üçün strateji əhəmiyyətə malikdir.
 
E. Məmmədyarov iki ölkə arasında humanitar sahədə əməkdaşlığın da inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası əməkdaşlığın inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rol oynayır. Nazir qeyd edib ki, Fondun yardımı ilə Rusiya ərazisində məktəblər rekonstruksiya olunub, uşaq əyləncə şəhərciyi açılıb, Rusiya-Azərbaycan dostluğu körpüsü inşa edilib, habelə xeyriyyə aksiyalar keçirilir.  
 
E. Məmmədyarov turizm sahəsinə də toxunub. Bu sahənin yaxşı inkişaf perspektivlərinin olduğunu deyən nazir qeyd edib ki, hər il Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım var.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info