SOCAR istiqrazlarının qiyməti sürətlə artır
Tarix: 04.04.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


SOCAR-ın daxili bazar üçün buraxdığı SOCAR istiqrazlarının qiyməti sürətlə artır.
İstiqrazların təkrar bazarı üzrə marketmeykeri “PSG Kapital” şirkətindən AZƏRTAC-a bildirilib ki, hazırda SOCAR istiqrazlarını birjada 1007-1008 dollara satmaq, 1012,5 dollara almaq olar.
Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR istiqrazlarının illik gəlirliliyi 5 faiz və ya ildə 50 dollar təşkil edir. Faizlər ildə 4 dəfə 3 aydan bir ödənilir. İstiqraz sahiblərinə ilk faizlər (hər istiqraza görə 12,5 dollar) yanvarın 17-də ödənilib. Gəlirlərin növbəti hissəsi isə aprelin 17-si, iyulun 17-si və oktyabrın 17-si tarixlərindəki faiz ödənişləri zamanı veriləcək.
“İstiqrazların sürətlə bahalaşması faiz ödənişlərinin yaxınlaşması ilə əlaqədardır. Belə ki, aprelin 17-də istiqrazlar üzrə növbəti faizlər (hər istiqraza görə 12,5 dollar həcmində) ödəniləcək. Bəzi alıcılar da faiz ödənişlərindən gəlir götürmək üçün həmin vaxtadək istiqrazları almağa çalışırlar. Məhz buna görə, son vaxtlar istiqrazların satışı xüsusilə sürətlənib. Təkcə mart ayında təkrar bazarda 8,3 milyon dollarlıq SOCAR istiqrazı alınıb-satılıb”, - deyə “PSG Kapital” şirkətindən bildirilib.
Xatırladaq ki, SOCAR İstiqrazları Azərbaycanın fond bazarında ən çox alınıb-satılan qiymətli kağızlardır. İndiyədək təkrar bazarda 66 milyon dollarlıq istiqraz alınıb-satılıb ki, bu da bütün istiqrazların 3-də ikisi deməkdir.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info