Naxçıvanda suvarma mövsümünə hazırlıq işləri görülür
Tarix: 04.04.2017 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Muxtar respublikada suvarma mövsümünün mütəşəkkil keçirilməsi diqqətdə saxlanılır. Tərtib edilmiş qrafikə uyğun olaraq nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri aparılır, əkin sahələrində şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün kollektor və drenajlar lildən təmizlənir.
Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin birinci rübündə 99 kilometr magistral kanal, 96 kilometr ara arxları, 8 kilometr kollektor lildən təmizlənib, 21 kilometr içməli su xətti təmir olunub, sututarlara 195 milyon kubmetrdən artıq su ehtiyatı yığılıb. Bundan başqa, yaşayış məntəqələrini və əkin sahələrini yaz aylarında sel sularının zərərli təsirindən qorumaq məqsədilə 8 kilometr məsafədə istiqamətləndirici bənd tikilib.
Kanallarda su itkilərini azaltmaq məqsədilə həyata keçirilən tədbirlər davam etdirilib, Uzunoba Su Anbarına sugətirən kanalın 550, suaparan kanalın isə 940 metri beton panellərlə yenidən tikilib. Ötən dövrdə suvarma və içməli su mənbəyi kimi istifadə olunan 7 subartezian quyusunda yeni nasos quraşdırılıb, 1 kəhrizin təmir-bərpası başa çatdırılıb.
“Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində müxtəlif diametrli borularla 34 kilometr kanalizasiya xətti və 37 kilometr içməli su xətti çəkilib, 1090 ev kanalizasiya şəbəkəsinə qoşulub və 1035 sayğac quraşdırılıb. Şərur rayonunda isə müxtəlif diametrli borularla 34 kilometr içməli su xətti çəkilərək 517 ev birləşməsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info