Aprelin ilk hərracında 20 dövlət əmlakı özəlləşdirilib
Tarix: 04.04.2017 | Saat: 19:16:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən hərraclar davam edir.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitə tərəfindən növbəti belə hərrac aprelin 4-də keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 8-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.
Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Belə ki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax şəhəri və Qubada yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Qubada yerləşən “Şahmehi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib
Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir şəhəri və Kürdəmir rayonunda yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.
Keçirilən hərracların nəticələri ilə  linkində tanış olmaq mümkündür.
Komitə tərəfindən növbəti belə hərrac aprelin 11-də keçiriləcək. Hərraca çıxarılan əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517 keçidində tanış olmaq olar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info