3 ayda fərdi uçot sistemində əlavə olaraq 71 852 nəfər qeydiyyata alınıb
Tarix: 04.04.2017 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Sistemdə fərdi şəxsi hesaba malik olanların sayı
3 443 760 nəfərə çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayında artım dinamikası davam edir. Cari ilin birinci rübündə sistemdə əlavə olaraq 71 852 nəfərə fərdi şəxsi hesab açılıb ki, bu da ötən ilin ilk rübü (45 837 nəfər) ilə müqayisədə 26 015 nəfər və ya 56,8 faiz çoxdur.
Beləliklə, fərdi uçot sistemində fərdi şəxsi hesaba malik olanların sayı 01 aprel 2017-ci il tarixə 3 443 760 nəfərə çatıb. Onlardan 59,5 faizi kişilər, 40,5 faizi qadınlardır.
Sistemdə qeydiyyatda olan vətəndaşlardan 683 482 nəfəri (19,8 faiz) 30 yaşa qədər olan, 889 358 nəfəri (25,8 faiz) 30-40 yaş aralığında, 685 049 nəfəri (19,9 faiz) 40-50 yaş aralığında, 717 231 nəfəri (20,8 faiz) 50-60 yaş aralığında olan, qalanları isə 60 yaşdan yuxarı olan vətəndaşlardır.
2006-cı ildən ölkəmizdə fəaliyyətə başlayan müasir sığorta-pensiya sisteminin mühüm elementi olaraq, həmin vaxtdan hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılması üçün fərdi uçot sistemi işə salınıb. Sistemdə qeydiyyata alınan hər bir vətəndaş bununla gələcək əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün əsas formalaşdırır və öz pensiya kapitalını toplamaq imkanı əldə edir.
Vətəndaşlar onlara fərdi şəxsi hesab açıldıqdan və bunu təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirildikdən sonra hesablarında toplanan pensiya kapitalına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti vasitəsilə mütəmadi nəzarət edə bilirlər. Eyni zamanda, sosial sığorta münasibətləri sahəsində nazirliyin “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və s. elektron xidmətlər də əhalinin istifadəsindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info