Bələdiyyə üzvləri Avropa Şurasının plenar sessiyasında iştirak ediblər
Tarix: 04.04.2017 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası başa çatıb. Martın 27-dən 31-dək baş tutan sessiyada Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov iştirak edib və sessiyanın gedişatı barədə geniş məlumat verib. Yaz sessiyasının gündəliyinin ən kəskin məsələlərindən biri bir sıra Avropa ölkələrinə artan miqrasiya axını və bu prosesdən irəli gələn porblemlərin olması idi. Bundan əlavə Türkiyədə mer və məşvərətçilərin vəziyyəti, o cümlədən seçilmiş merlərin həbsi və onların hakimiyyətin mərkəzi orqanları tərəfindən təyin olunmuş merlərlə əvəzlənməsi məsələsinə müfəssəl baxıldı. Konqres Türkiyədə meri əvəz edəcək şəxslərin seçilməsinin yenidən yerli özünüidarəetmə orqanlarının şuralarının səlahiyyətlərinə aid edilməsini təklif etdi. Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxış edərək, məsələ ilə bağlı bildirdi ki, Konqresin edəcəyi təkliflər Türkiyənin ekstremizmə və terrorizmə qarşı apardığı mübarizəsini zəiflədə bilər və bununla da Konqres qərəzsiz təşkilat olmaq şansını əldən verər. Qeyd edilənləri nəzərə alaraq, merlərin vəzifəsindən uzaqlaşdırılmasına dair Türkiyə qanunvericiliyinin normalarının qanuna zidd olmasına əsas vardırsa, o zaman insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsinin məqsədəuyğun olduğu diqqətə çatdırıldı. Həmçinin Konqresin 32-ci plenar sessiyası çərçivəsində Portuqaliyada dövlət islahatı və təmərküzləşmə, Qəbuldan inteqrasiyaya: miqrasiya problemlərinin həllində yerli və regional hakimiyyətlərin rolu, 47 üzv ölkələr tərəfindən yerli özünüidarəetmənin Avropa Xartiyasının tətbiqinin müqayisəli təhlili: nailiyyətlər və problemlər, Yerli demokratiyanın Avropa həftəsinin 10-cu ildönümü, Regional səviyyədə demokratik iştirakçılığın keyfiyyəti, Miqrasiya axını ilə üzləşən sərhədyanı regionlar, Avropa ölkələrində kimsəsiz qaçqın uşaqların qəbulu, Yerli və regional səviyyələrdə gənclər siyasətinin rolu və gənclərlə iş, Gənclərin peşə fəaliyyətinə və müstəqil həyata keçidinə dəstək məsələləri, Yerli və regional səviyyələrdə insan hüquqları sahəsində dəyişikliklər, Yerli və regional səviyyələrdə seçki prosesinin gedişində inzibati resurslardan sui – istifadə hallarının qarşısını ala biləcək beynəlxalq standart və praktikalara uyğunlaşma kriteriyalarının meyarları və digər mövzular ətrafında da geniş müzakirələr aparıldı. Sessiyanın baş tutduğu günlər ərzində Azərbaycan nümayəndə heyətinin üzvləri Konqresin fəxri üzvü Fərid Muxametşin ( Rusiya Federasiyasının nümayəndəsi) medalla təltif edilməsi və Kipr Respublikasının nümayəndəliyi tərəfindən hazırlanmış “Limasol karnavalı 2016“ sərgisinin açılış mərasimində iştirak ediblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info