31 Mart Soyqırımı qurbanları İzmirdə anılıb
Tarix: 04.04.2017 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


31 mart 1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımın il dönümündə Türkiyənin İzmir şəhərində anım tədbiri və konfrans təşkil olunub. Tədbir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti tərəfindən keçirilib. Tədbirin açılışı soyqırımında həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. Cəmiyyətin sədr müavini Cavid Əliyev tədbirdə iştirak edənlərə təşəkkür edərək, ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı törətdiyini, bu soyqırımları ən qanlı şəkildə yerinə yetirdiklərini bildirib “Bunun ən bariz nümunəsi Quba soyqırımı məzarlığında aşkar edilən insan sümüklərinin aşkar edilməsidir. Sümüklər üzərində olan zorakılıqlar və vəhşiliklər ermənilərin soyqırımı siyasətinin bariz nümunəsidir. Bu tədbirləri təşkil etməkdə məqsəd xalqımıza qarşı edilən bu soyqırımları unutdumamaqdır”. Tədbir daha sonra konfrans formatında davam edib. Konfransı Ege Universitetinin tarix ixtisasında magistratura təhsilini davam etdirən Odər Eləzadə verib. O, video və şəkillərdən də istifadə edərək soyqırıma qədər olan mərhələləri və soyqırımda etmənilərin həyata keçirdikləri qətliam və vəhşilikləri xronolojik olaraq göstərib. Konfrans sonunda tədbirdə iştirak edənlər çıxışçıya suallar ünvanlayıblar Eyni zamanda, bu günlə bağlı olaraq fikir və düşüncələrini bölüşüblər. Tədbirdə siyasi partiyalar, qeyri-hökumət təşkilatlarının sədr və nümayəndələri, cəmiyyətin üzvləri, universitet müəllim və tələbələr iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info