BSU-da aprel döyüşlərinin ildönümü qeyd olunub
Tarix: 04.04.2017 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Aprelin 4-də Bakı Slavyan Universitetində (BSU) ötən il 2-6 aprel tarixlərində baş vermiş döyüşlərdə həlak olan şəhidlərin ildönümünə həsr edilmiş “Ordumuz Vətənimizin dayağıdır” adlı anım mərasimi keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aprel şəhidlərinə aid slayd nümayiş olunub.
Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin həm kədərli, həm də qürurverici səhifəsi adlandırıb. O bildirib ki, həmin hadisələr Azərbaycan ordusunun vətənpərvərlik ruhunun son dərəcə yüksək olduğunu təsdiqləyib: “Biz bir daha əmin olduq ki, ordumuz Ali Baş Komandanın əmri ilə bütün torpaqlarımızı qısa müddətdə işğaldan azad etmək qüdrətindədir”.
Sonra N. Əliyeva üzünü gənclərə tutaraq onlara öz tövsiyələrini verib. O, Vətən sözündən qürurlu bir söz tanımadığını, onun ana qədər müqəddəs olduğunu qeyd edərək, hər bir gəncin öz sahəsində ləyaqətlə çalışmasının vətənə xidmət olduğunu bildirib. N.Əliyeva bu gün ölkəmizdə hökm sürən stabillik və sabitliyin, əmin-amanlığın əvəzsiz bir nemət olduğunu və bunun ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində ərsəyə gəldiyini qeyd edib.
BSU rektoru gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birliyə səsləyib. O, gənclərə yad ideologiyalara, yabançı düşüncələrə uymamağı tövsiyə edib. N.Əliyeva BSU tələbələrini bu gün cəbhədə vətəni ləyaqətlə qoruyan oğulların vətəndaşlıq estafetini davam etdirməyə çağırıb. Rektor YAP Qadınlar Şurasının sədri kimi aprel döyüşlərindən sonra Füzuli bölgəsində cəbhədə olarkən əsgərlərimizin soyuğa, şaxtaya baxmayaraq Vətənin keşiyində mətanətlə dayanmasından qürur duyduğunu gənclərin nəzərinə çatdırıb. N.Əliyeva dövlətimizin gənclərə xüsusi etimad göstərdiyini, onlara ən məsul vəzifələri tapşırdığını və tezliklə BSU gənclərinin də onların sırasında olacağını bildirib. O, gənclərin harada olmasından asılı olmayaraq dövlətçiliyə daim sədaqətli olmalarını tövsiyə edib.
Tədbirdə çıxış edən aprel döyüşlərində həvəskar jurnalist kimi fəaliyyət göstərmiş, BSU-nun Jurnalsitika fakültəsinin IV kurs tələbəsi, Gənc Jurnalistlər Klubunun sədri Xəyal İbrahimzadə aprel döyüşləri zamanı Azərbaycan ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsindən, qəhrəman oğullarımızın döyüşlərdə göstərdiyi şücaətdən danışıb, işğal altında olan torpaqlarımızın yaxın zamanda azad ediləcəyini əminliklə bildirib.
Mərasimdə Tofiq Şahmuradovun müəllifi olduğu “Döyüş gündəliyi- Talış” adlı film nümayiş etdirilib.
Qarabağ müharibəsi iştirakçısı, polis mayoru Aida Şirinova çıxışında nümayiş olunan “Döyüş gündəliyi- Talış” filmi ilə bağlı təssüratlarını iştirakçılarla bölüşüb, aprel qələbəsini xalqımızın qəhrəmanlıq səlnaməsi adlandırıb. Aida Şirinova özünün yazdığı ”Ey şəhid qardaşlarım!” şeirini səsləndirib.
Sonra universitet tələbələri vətənpərvərliklə bağlı bədii kompazisiya təqdim ediblər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info