Məcburi köçkünlərə məxsus dağılmış 78 ev yenidən tikilir
Tarix: 04.04.2017 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məcburi köçkün ailələrinin məskunlaşdığı, erməni silahlı qüvvələrinin atəşi nəticəsində dağılmış 78 ev yenidən tikilir.
AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilən evlərdə hörgü işləri artıq başa çatıb. 47 evin dam örtüyü vurulub, tamamlama işləri aparılır. Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə razılıq edir, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.
Laçın rayonundan olan məcburi köçkün Şirin Əhmədovun ailəsi 1993-cü ildən Şıxarx qəsəbəsində məskunlaşıb. Ötən ilin aprel ayında düşmənin atəşi nəticəsində onun da evinə zərər dəyib. Bu gün isə dövlətimiz tərəfindən onlar üçün yeni mənzil inşa edilir.
“Düşmənin atəşi nəticəsində evimizin ətrafında 4 mərmi partlayıb. Dövlətimizdən çox razıyam. Bizim üçün belə gözəl evlər inşa edilir. Bu, məcburi köçkünlərə olan diqqət və qayğısının göstəricisidir” – deyə Ş.Əhmədov deyib.
Digər məcburi köçkün Aynur Əsədova isə fikirlərini belə ifadə edib: “Yaşadığımız yer təmas xəttinə çox yaxındır. Lakin biz heç nədən çəkinmir, ordumuza, Ali Baş Komandanımıza güvənərək burada yaşayırıq. Bu gün isə ailəmiz üçün üçotaqlı yeni ev inşa edilir. Buna çox sevinir, dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info