Peterburq terrorunda ölənlərin sayı 14 nəfərə çatıb
Tarix: 04.04.2017 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Rusiya İstintaq Komitəsi Peterburqda partlayış törədən terroçunun adını açıqlayıb
Rusiyanın səhiyyə naziri Veronika Skvortsova Peterburq metropolitenində baş verən partlayış nəticəsində həlak olanların sayının 14 nəfərə çatdığını bildirib. “İnterfax” informasiya agentliyi xəbər verir ki, onlardan 11-i hadisə yerində, 3-ü isə xəstəxanada ölüb. Nazirin sözlərinə görə, hazırda şəhər xəstəxanalarında terror aktı zamanı xəsarət alan 49 nəfər müalicə olunur. Xatırladaq ki, aprelin 3-də Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” və “Texnoloqiçeskiy institut” stansiyaları arasında hərəkət edən qatarda güclü partlayış törədilib. Terrorçunun vaqonlardan birində 200-300 qram trotil ekvivalentində naməlum partladıcı qurğunu işə saldığı bildirilir. Həmin hadisədən bir qədər sonra “Ploşad Vosstaniya” stansiyasında daha bir partladıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Maraqlıdır ki, dünən Sankt-Peterburq metropoliteninin “Sennaya ploşad” stansiyası bağlanıb. Buna səbəb partlayış təhlükəsi barədə anonim zəng olub. Rusiya İstintaq Komitəsi metroda partlayışın qırğız əsilli Rusiya vətəndaşı Akberjon Cəlilov tərəfindən törədildiyini təsdiqləyib. Bu barədə bu gün Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Petrenko deyib ki, ekspertlər “Ploşşad Vosstaniya” metrostansiyasında aşkarlanan, içərisində partlayıcı qurğu olan çantada A. Cəlilovun genetik izlərini aşkarlayıblar. Həmin qurğu da ora A. Cəlilov tərəfindən qoyulub. Qeyd edək ki, dünən Sankt-Peterburq metrosunun "Sennaya ploşşad" stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Ölənlər arasında 1, yaralananlar arasında da 1 azərbaycanlı var. Partlayış baş verən yerdə terrorçu-kamikadzenin bədəninin hissələri aşkarlanıb. Bu arada ABŞ prezidenti Donald Tramp Sankt-Peterburqda baş vermiş terror aktı ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. “ABŞ dövlət başçısı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, Rusiya xalqına dəstəyini ifadə edib. Dövlət başçıları qeyd ediblər ki, terrorizm bəladır və onunla yalnız birgə mübarizə aparmaq gərəkdir”, deyə D.Peskov bildirib. Onun sözlərinə görə, D.Tramp və V.Putin əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Gürcüstanın təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur
14.06.2019
“1in.am”: “Rəsmi İrəvanın son addımları Moskva tərəfindən qəbul edilmir”
14.06.2019
Krasnoyarskdakı Azərbaycan diasporu Rusiya Gününü qeyd edib
14.06.2019
Əfqanıstandakı “FETÖ” məktəbləri Türk Maarif Fonduna təhvil verildi
13.06.2019
«ArmenianReport»: ”Görünür ki, biz artıq Fransanı da itirmək ərəfəsindəyik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info