Zirə-Türkan yolunun bərpasına başlanılıb
Tarix: 05.04.2017 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Azəravtoyol” ASC tərəfindən Zirə-Türkan avtomobil yolunun bərpası işlərinə başlanılıb. ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən yolun uzunluğu 7,1 kilometr, hərəkət hissəsinin eni 7 metr, hər bir istiqamət üzrə 1,5 metr çiyin hissələr də daxil olmaqla yol yatağının eni 10 metr təşkil edir. Yaşayış məntəqələrindən keçən hissələrdə isə kənarlarda 1,5 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub. Hazırda yolboyu kommunikasiya xətləri köçürülür, maneələrin söküntüsü işləri aparılır. Daha sonra yol əsasının tikintisi işləri görüləcək. Torpaq işləri yekunlaşdıqdan sonra yolun asfaltlanması işləri aparılacaq. Yolun 50 min kvadratmetr sahəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Layihə çərçivəsində zəruri olan yerlərdə yolun altından kommunikasiya xətlərinin ötürülməsi üçün xüsusi borular qoyulacaq, hərəkətin normal təşkili üçün 50 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. Həmçinin yolun işıqlandırılmasını təmin etmək məqsədilə 185 ədəd işıq dirəyinin quraşdırılması işlərinə başlanılacaq. Qeyd olunub ki, Zirə-Türkan yolunun bərpası iki yaşayış məntəqəsinin 23,9 min nəfər əhalisinin gediş-gəlişini xeyli yaxşılaşdıracaq, yük və sərnişindaşımasını asanlaşdıracaq. Ən əsası vətəndaşların paytaxt mərkəzinə gediş-gəliş yolunu 15 kilometrə yaxın qısaldacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info