Bakıda Əfqanıstanın dövlət nümayəndələri üçün pilot kurs təşkil ediləcək
Tarix: 05.04.2017 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


ADA Universitetində Azərbaycan hökuməti və NATO-nun həmtəşkilatçılığı ilə Əfqanıstanın dövlət nümayəndələri üçün “Silahlı qüvvələr üzərində mülki nəzarət” mövzusunda pilot kurs təşkil ediləcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, kurs zamanı Əfqanıstanın Müdafiə, Xarici İşlər, Daxili İşlər nazirliklərinin, Milli Təhlükəsizlik Departamentinin və Əfqanıstan parlamentinin yüksək səviyyəli rəsmilərinə silahlı qüvvələr üzərində mülki nəzarət, onun önəmi, mövcud təhdidlər və onların qarşısının alınması, parlament və digər dövlət qurumlarının öhdəlikləri, milli təhlükəsizlik və kəşfiyyat xidmətinin, həmçinin vətəndaş cəmiyyəti və mətbuatın bu xüsusda rolu, mövzu üzrə ölkələrin, o cümlədən Azərbaycanın təcrübəsi barədə mühazirələr veriləcək. Bu pilot kursun ötən analoji tədbirlərdən fərqi mühazirələrin əksəriyyətinin Əfqanıstanın əvvəlki illərdə ölkəmizdə bu mövzuda keçirilmiş seminarlarda iştirak edib təcrübə qazanmış təlimçiləri tərəfindən təqdim edilməsi olacaq. Mühazirəçilər qismində, həmçinin NATO üzv ölkələri və Azərbaycanın aidiyyəti dövlət qurumlarının ekspertləri çıxış edəcəklər. 2014-cü ildən etibarən Azərbaycan və NATO tərəfindən Alyansın Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı çərçivəsində birgə təşkil edilən bu silsilə tədbirlər Əfqanıstanda idarəetmə təhsili və qurumlararası mübadilə sahələrinin inkişafı, eləcə də Əfqanıstan Müdafiə Nazirliyinin mülki islahatlar proqramı kontekstində bu ölkənin yüksək və orta səviyyəli nümayəndələrinin sözügedən sahədə təcrübə qazanmasına imkan yaratmaqla Azərbaycanın Əfqanıstana qeyri-hərbi sahədə töhfəsinin bir nümunəsi hesab edilə bilər. Məlum olduğu kimi, Azərbaycan hazırda Əfqanıstanda NATO-nun rəhbərliyi altında həyata keçirilən Qətiyyətli Dəstək təlim, məsləhət və yardım əməliyyatında iştirak etməklə beynəlxalq sülh və təhlükəsizliyə töhfə verir. Həmçinin Azərbaycan ikitərəfli və çoxtərəfli formatlarda təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə Əfqanıstanda həyata keçirilən islahatlara dəstək verir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
20 Yanvar hadisələri Özbəkistanda anılıb
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info