Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş filmin təqdimatı keçirilib
Tarix: 05.04.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filminin təqdimat mərasimi
keçirilib.

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov deyib ki, film Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytnant Murad Mirzəyevin həyat yolu və qəhrəmanlığına həsr olunub. M. Mirzəyevin qəhrəmanlığının vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə. Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib: “Bu döyüşlər, eyni zamanda Azərbaycan Ordusunun, doğrudan, da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhvali-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi”. Sonra film tədbir iştirakçılarına nümayiş olunub. ATXƏM sədri İlham İsmayılov çıxışında M. Mirzəyevin döyüş yolu və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır: “Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir. Nə qədər ki, Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan mütləq işğal altındakı torpaqlarını azad edəcək”. Millət vəkili Elman Nəsirov qeyd edib ki, düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: “Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş sektorunun müdiri Qafar Əliyev isə çıxışında bildirib ki, aprel döyüşləri Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdi. Onun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək: "Azərbaycan Ordusunun əldə etdiyi uğurlar hamımıza ruh yüksəkliyi verir. Mən hesab edirəm ki, belə filmlər çox çəkilməlidir. Hamını Qarabağ probleminin həllində əl-ələ verib, birlikdə əməkdaşlıq etməyə çağırıram. Əlimizdən gələni etməliyik ki, xalqımızın milli ruhu və vətənpərvərlik tərbiyəsi daim yüksək olsun. Bu, bizi qələbəyə aparan yoldur". Tədbir çıxışlarla davam etdirilib. Qeyd edək ki, film yazıçı-publisist Bəxtiyar Qaracanın “Bitməyən müharibənin qəhrəmanları” silsiləsindən bir hissə olaraq çəkilib. Filmin baş məsləhətçisi Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info