“Əsas planım Özbəkistandakı azərbaycanlıları bir yerə toplamaqdır”
Tarix: 05.04.2017 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Mais İbadov:
“Milli diaspor Özbəkistanda öz işini gücləndirməlidir”

Diaspor üzvlərinin bir araya gəlməsi, birgə fəaliyyəti onların işini daha da keyfiyyətli edir. Məhz birlik olan yerdə diaspor öz hədəfinə çata bilər. Dövlətin də əsas istəyi diasporun həmrəylik nümayiş etdirməsidir. Təsadüfi deyil ki, Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev həmrəy olmağı diaspor qarşında əsas vəzifə kimi qoyub: “Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir”. Bu baxımdan Özbəkistanda yaşayan soydaşlarımızda da aktivlik özünü göstərir. Onlar bir araya gəlmək üçün bu yaxınlarda diaspor sədrliyinə seçki keçirəcəklər. Seçkidə iştirak edən 6 namizəddən biri də Özbəkistan və Azərbaycanda tanınmış güləşçi, diaspor sahəsində də aktiv fəaliyyət göstərən Mais İbadovdur.
-Sizin diasporla bağlı nə kimi planlarınız var?
-Mən həmişə öz millətimi fikirləşmişəm. Millətimə dayaq olmuşam, tanıtdırmışam. Uşaqlıqdan bu günə kimi Azərbaycanla nəfəs alıram. “Azərbaycan” deyib yaşayıram və ömrümün sonuna qədər də belə davam edəcəm.
Xaricdəki, eləcə də Özbəkistandakı soydaşlarımız bir araya gəlməlidir. Millətdə birlik olmalıdır. Özbəkistanda milli diaspor öz işini gücləndirməlidir. Mənim də əsas planım Özbəkistandakı azərbaycanlıları bir yerə toplamaqdır.
Ötən il Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Özbəkistana gəlmişdi. O dedi ki, diaspor üzvləri arasından namizədləri seçib, seçki keçirək. Artıq seçki ilə bağlı təşkilati işlər görülüb. Bu yaxınlarda seçki olacaq. Mənim üçün kimin seçiləcəyinin fərqi yoxdur. Özbəkistanda diasporumuza yeni nəfəs lazımdır. Ümid edirəm ki, yeni diaspor rəhbəri seçiləndən sonra diaspor işində irəliləyiş olacaq.
-Özbəkistanda Azərbaycanın təbliği ilə bağlı tədbirlər keçirilirmi?
-Diaspor o deməkdir ki, xaricdə öz ölkəsini tanıtdırsın. Özbəkistanda isə diaspor bu işi görmür. Bu fəaliyyət, əsasən, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyi tərəfindən aparılır. Amma diaspor da bu işdə səfirliyə dəstəyini göstərməlidir. Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan diasporu səfirliklə birgə fəaliyyət göstərməlidir. Özbəkistanda isə diasporun səfirliklə birgə fəaliyyəti hələ hiss olunmur.
-Bəs Özbəkistanda xalqımızın anım günləri qeyd olunurmu?
- Bu baxımdan da əksər tədbirlər Özbəkistandakı səfirliyimizin təşkilatçılığı ilə baş tutur. Son belə tədbirlərə misal olaraq qeyd edim ki, fevralın 23-də Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirdi.
Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyində keçirilən tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edirdilər.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, tanınmış özbək şairi Tura Mirzə, Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru Akif Ağatalıbov, soydaşımız, tanınmış alim Almaz Məcidova, professor Gülbahar Aşurova, müğənni Xursənd Şerov və başqaları Xocalı soyqırımı, erməni təcavüzü barədə fikirlərini bölüşdülər.
-Diaspor tərəfindən sizin hər hansı mükafatlandırılmanız olubmu?

-Xeyr. Diaspordan mənə heç bir mükafatlandırma olmayıb. Burada Özbəkistanın və Azərbaycanın müstəqilliyi adına biz turnir keçirmişik. Bu işi də Özbəkistan, Asiya və dünya çempionu olaraq, əsasən, mən təşkil etmişəm. Bütün idmançıları da mən toplamışam.
-Bir idmançı olaraq hansı yarışlara hazırlaşırsız?
-Mən hər zaman məşq edirəm, idmançı kimi öz formamı saxlayıram. Hazırda Bolqarıstanda oktyabrın 2-6-da veteranlar arasında keçiriləcək sərbəst güləş üzrə Dünya Çempionatına hazırlaşıram. Bu yarışda da iştirakımın bütün xərcləri Azərbaycan Güləş Federasiyası tərəfindən qarşılanacaq. Ümumiyyətlə, Azərbaycan Güləş Federasiyası hər zaman mənə diqqət göstərir.
-Bu yaxınlarda diaspor jurnalistləri xaricdəki azərbaycanlı idmançıların birliyinin yaradılmasını təklif etdilər. Bu məsələyə münasibətiniz necədir?
-Çox gözəl təklifdir. Çünki Özbəkistanda gənc azərbaycanlı idmançılar çoxdur. Hər bir ölkədə belə azərbaycanlılar var. Belə bir təşkilat fəaliyyətə başlasa, xaricdəki idmançılarımız bir araya gələr, eyni zamanda diaspor fəaliyyətində yeni istiqamət yaranar. Həmçinin Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına da dəstək verilmiş olar.
Fuad Hüseynzadə






 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Azərbaycan dövlətçilik tarixinin inkişaf mərhələlərinə ümumi bir baxış
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info