Aprel döyüşləri böyük qələbənin uğurlu başlanğıcıdır
Tarix: 05.04.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Aprel döyüşləri erməni qəsbkarlarına sübut etdi ki, işğalçılar məğlub ediləcək və böyük qələbəmiz uzaqda deyil.
Bu fikri AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.
Yaqub Mahmudov bildirib ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. Ötən il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.
Deputat qeyd edib ki, valideynlər aprel döyüşlərində şəhid olmuş övladlarının tabutuna sarılmış Azərbaycan bayraqlarını təhvil alarkən “Vətən sağ olsun!” dedilər. Şəhidlər öz qanları ilə Azərbaycan xalqını birləşdirdilər. Bu, çox qürurvericidir. Bu qələbədə Azərbaycan elminin də öz rolu var. Biz Azərbaycan tarixçiləri Prezident İlham Əliyevin əsgərləriyik”.
Y.Mahmudov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının, dövlətinin, ordusunun gücünü göstərən böyük qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Düşməndən azad edilmiş torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması prosesinə start verilib. Bu, böyük qələbənin çox uğurlu başlanğıcıdır. Bütün xalqımız Prezidentimizin ətrafında sıx birləşib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info