BANM-in müəllimi: “Ali məktəbin məzunları hazır kadrlardır”
Tarix: 05.04.2017 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi yeni bir layihəsinə başlayır. Bu layihə “Mən BANM-in müəllimiyəm” adlanır. Beləliklə, suallarımızı BANM-in Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məlik cavablandırır. 
 
- Ənənəvi olaraq ilk sualımız: Siz niyə məhz müəllim peşəsini seçmisiniz?
- Tələbələrlə işləmək və öyrətmək istəyi, həmçinin sosial bir insan olmağım məni müəllimlik peşəsini seçməyə vadar etdi. Düşünürəm ki, bu peşə mənim üçün çox maraqlıdır və mən bu peşə ilə darıxmıram.
- Bir az özünüz haqda danışın.
- Mən Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşam. Riyaziyyat ixtisası üzrə Bakı Dövlət Universitetinin və Mançester Universitetinin (Birləşmiş Krallıq) uyğun olaraq bakalavr və magistratura pillələrini bitirmişəm. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda dissertantam.
- Hər bir tələbənin sevimli müəllimi olur. Tələbəlik dövrünüzdəki sevimli müəlliminiz haqqında danışın.
- Bir neçə sevimli müəllimim olub. Mənə görə onların ortaq xüsusiyyətlərindən bəziləri; tələbələrlə səmimi münasibət qurmaqları, dərsi maraqlı keçmələri, yüksək insani keyfiyyətləri olub.
- Tələbələrinizdən danışın. Onların gələcəklərini necə görürsünüz?
- Tələbələrimin arasında da vaxtlarını özlərini inkişaf üçün səmərəli istifadə edənləri üstünlük təşkil edir və onlarla ünsiyyət qurmaq mənim peşəmi daha da maraqlı edir. Çox vaxt tələbələrin dərsləri ilə və dərsdən kənar fəaliyyətləri ilə maraqlanıram və yeni maraqlı məlumatlar öyrənirəm. Mən həmişə öz üzərində işləyən və özünü inkişaf etdirməyi bacaran insanların gələcəklərini çox parlaq görürəm.
- Bakı Ali Neft Məktəbini 10 il sonra necə təsəvvür edirsiniz?
- Ali Məktəbimiz günbəgün inkişaf edir və öz əhatəsini genişləndirir. 10 ildən sonra daha geniş və indiki kimi peşəkar kollektiv ilə, yeni açılmış prioritet ixtisaslarla və dövlətimiz üçün əsl kadr yetişdirən bir ali təhsil müəssisəsi kimi görürəm.
 - Boş vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımı əsasən ailəmlə və dostlarımla keçirirəm. Həvəskar olaraq yüngül idman növləri ilə məşğul oluram.
- Bakı Ali Neft Məktəbinin ilk məzunlarına nə arzu edərdiniz?
- Bakı Ali Neft Məktəbinin məzunları artıq yetişmiş hazır kadrlardır. Onlara gözəl karyera və şəxsi həyat arzu edirəm. Öz doğma universitetlərini daima xatirələrində yaşatsınlar.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info