Uşaqların tibbi müayinəsinə diqqətlə yanaşılır
Tarix: 05.04.2017 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Səhiyyə müəssisələrində Prezident İlham Əliyevin təşəbbüsü və göstərişi ilə fevralın 15-dən başlanan tibbi müayinə tədbiri uğurla davam edir.
Ayyarımdan artıq müddət ərzində Suraxanı rayonu üzrə 90 minə yaxın sakin və 98-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçib. Müayinədən keçənlərdən 2839 nəfərində xəstəliklər aşkar olunduğuna görə 81 nəfər stasionar müalicəyə cəlb edilib, 177 nəfər təkrar müayinə və müalicə olunmaq üçün müxtəlif xəstəxanalara göndərilib.
Tibb müəssisələrində uşaqların müayinədən keçməsinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Hövsan qəsəbəsində yerləşən 16 nömrəli Uşaq Poliklinikasında həmin tədbir xüsusilə yaxşı təşkil olunub. Poliklinikanın baş həkimi Sevda Vəzirovanın AZƏRTAC-in müxbirinə verdiyi məlumata görə, səhiyyə ocağı 20 mindən cox uşağa xidmət edir və tibbi müayinə tərtib olunmuş qrafikə əsasən aparılır. Uşaqları əvvəlcə terapevt müayinə edir, zərurət yarandığı təqdirdə cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və digər ixtisaslı həkimlərin də baxışından keçirlər.
İndiyədək 3 mindən artıq uşaq tibbi müayinədən keçib. Müayinə olunan uşaqların 63 nəfərərində xəstəlik aşkar olunub və onlardan 18-i paytaxtın müxtəlif xəstəxanalarına göndərilib. Xəstəlik aşkar edilən uşaqların müalicəsi istiqamətində də tədbirlər görülür. Poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar uşaq bağçaları və məktəblərə gedərək poliklinikaya gələ bilməyən uşaqlara tibbi xidmət göstərirlər.
Hovsan qəsəbə sakinlərindən Aynur Məmmədova və Fatimə Həsənova bir valideyn kimi uşaqların sağlamlığına göstərilən dövlət qayğısından, poliklinikanın həkim və tibb işçilərindən razılıq etdilər.
Suraxanı rayonunun səhiyyə ocaqlarında çalışan tibb işçiləri tədbirin uğurla keçməsi üçün bütün imkanlarını səfərbərliyə alıblar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info