Aydın İsmiyev: “Turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxarır”
Tarix: 05.04.2017 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Bu il aprelin sonuna kimi bütün mehmanxanaların 80-85%-i dolub. Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib ki, yanvar-fevral ayında dünyanın müxtəlif ölkələrindən gələnlərin sayında artım müşahidə olunur. Azərbaycana turistlərin əsasən, 26 ölkədən gəldiyini deyən şöbə müdirinin sözlərinə görə, onların arasında ərəb ölkələri, İran, Rusiya, Avropadan gələnlər üstünlük təşkil edir: “Turizm axını Azərbaycanda böyük valyuta gəlirinə gətirib çıxarır. Bu il də ölkəyə gələcək turistlərin sayının artması gözlənilir. Bakıda bir sıra mötəbər yarışların, Shopinq festivalının keçirilməsi turistlərin müəyyən qədər çoxalması, artmasına imkan yaradacaq. Azərbaycan ən böyük maraq ərəb ölkələri tərəfindəndir. Ərəb ölkələrindən gələn turistlərin sayı digər ölkələrdən 10-15 dəfə, bəzi ölkələrdən isə 20-30 dəfə artıqdır. Bizim müsəlman ölkə olmamız, məscidlərin fəaliyyət göstərməsi, halal yemək və digər məqamlar onların ölkəmizə axın etməsinə marağı artırır”. 
Şöbə müdiri əlavə edib ki, son 2 ildə Novruz bayramı ərəfəsində Azərbaycanda İrandan gələn turistlərin sayında artım müşahidə edilir. Bu il də artım olub: “Dəqiq sayı deyə bilmərik. Müvafiq dövlət qurumlarına müraciət etmişik ki, Novruz bayramı ərzində gələn turistlərin sayı barədə məlumatları nazirliyə təqdim etsin. Rusiyadan da Azərbaycana böyük turist axını başlayıb. Dünyada olduğu kimi Azərbaycanda da sərhədyanı ölkələrdən turistlərin sayı və marağı daha çoxdur”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info