İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının saytı fəaliyyətə başlayıb
Tarix: 05.04.2017 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) yeni internet saytı – “aziznews.ru” fəaliyyətə başlayıb və az vaxt ərzində yerli kütləvi informasiya vasitələrinin reytinq cədvəlində öz yerini tutub. Belə ki, sayt qısa müddətdə İsraildəki rusdilli saytların arasında 26-cı yerdən 12-ci sıraya qalxıb.
“Azİz”-in İdarə Heyətinin üzvü Yuriy Boçarovun baş redaktorluğu altında fəaliyyət göstərən saytda indiyə qədər yerləşdirilmiş 300-dən artıq yazının 70-i Azərbaycan haqqında olub. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, “Azİz”in Xocalı faciəsi, İsraillə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə və digər tarixi hadisələrə həsr olunmuş tədbirləri haqqında informasiyalar geniş işıqlandırılıb.
Bundan başqa, yəhudi jurnalistlərin Azərbaycana səfərindən sonra ölkəmizin mədəniyyəti, tarixi, turizm imkanları, təbiəti, buradakı tolerantlıq mühiti haqqında hazırladığı və İsrailin populyar kütləvi informasiya vasitələrində işıq üzü görmüş materialları da saytda yerləşdirilir.
Ümumilikdə, isə saytda İsrail, Azərbaycan, Rusiya, ABŞ, Avropa və MDB ölkələri haqqında informasiyalar, Azərbaycandan İsrailə köçmüş yəhudi icmasının həyatına dair xəbərlər, Azərbaycan və İsrailin tanınmış şəxsiyyətləri haqqında məlumatlar və digər materiallar yerləşdirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info