Fuad Qarayev: “Məzunlarımız ölkəmizin, eləcə də dünyanın ən qabaqcıl universitetlərində təhsil alırlar”
Tarix: 05.04.2017 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


İstedadlı şagirdlərin aşkara çıxarılması, onların potensiallarının artırılması, həmçinin şagirdlər arasında müsbət rəqabət şəraitinin yaradılması məqsədilə 2013-cü ildən olimpiadaların keçirilməsi və təşkili üzrə yeni qaydalar hazırlanıb. Respublika olimpiadaları səkkiz, beynəlxalq olimpiadalar isə beş fənn üzrə həyata keçirilir. Beynəlxalq fənn olimpiadalarında ümumilikdə 264 medal qazanılıb.
AZƏRTAC xəbər verir ki, bu, aprelin 5-də Təhsil İnstitutunun olimpiadalara hazırlıqla bağlı təşkil etdiyi “dəyirmi masa”da səsləndirilib. İnstitutun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, olimpiadaçı məzunlarımız ölkəmizin, eləcə də dünyanın ən qabaqcıl universitetlərində təhsil alırlar.
Qeyd olunub ki, aprelin 21-dən 23-dək respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək. Bilik yarışının birinci - rayon (şəhər) mərhələsində 30 minədək, respublika mərhələsinin yarımfinal turunda isə 5.909 şagird iştirak edib. Final turunda 500 şagird biliklərini sınayacaq. İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıqtipli, isbat, izahat, həlli tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın sertifikatı veriləcək.
Daha sonra Təhsil İnstitutu tərəfindən məktəblər üçün hazırlanacaq xüsusi kurikulum barədə müzakirələr aparılıb. İnstitut direktorunun müavini Ənvər Abbasov qeyd edib ki, kurikulumun hazırlanması son dərəcə vacibdir. Məktəblər yaradıcı müəssisələrə çevrilməli, kurikulum təcrübəli mütəxəssislər tərəfindən hazırlanmalıdır.
İnstitutun direktoru vəzifəsini icra edən Emin Əmrullayev olimpiadaya hazırlıq məsələlərindən, bu işdə valideynlərin və müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirdə Təhsil İnstitutu tərəfindən riyaziyyat fənni üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak etməyi düşünən şagirdlər, həmçinin müəllimləri üçün çap olunan vəsaitin təqdimatı keçirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info