Media nümayəndələri üçün press-tur təşkil olunub
Tarix: 05.04.2017 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


Aprelin 5-də Formula-1 Azərbaycan Qran-prisinə hazırlıq işləri ilə tanışlıq məqsədilə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) tərəfindən media nümayəndələri üçün press-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə Formula-1 trekinin keçdiyi Niyazi küçəsinə gəliblər.
BŞH-nin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə bildirib ki, ötən il olduğu kimi, bu il də qəmbər daşları ilə örtülü bu yol asfaltlanacaq. Asfaltlanma işləri təxminən beş gün ərzində aparılacaq. Burada hərəkətin intensivliyi nəzərə alınaraq işlər əsasən həftə sonları, gecə və gündüz görüləcək. Bu işlər mayın sonunadək yekunlaşdırılacaq.
Daha sonra media nümayəndələri trekin ən çox çətinliyə malik Qoşa Qala qapıları hissəsi ilə tanış olublar. Tom Butçer bildirib ki, bu hissədə təhlükəsizlik tədbirləri daha da artırılacaq. Bu il bolidlərin əvvəlki yarışlardakına nisbətən daha böyük və sürətli olmasına baxmayaraq, pilotların təcrübəsi bu hissəni uğurla keçməyə imkan yaradacaq.
Media nümayəndələri Hökumət evinin qarşısında yerləşən Paddok ərazisi ilə də tanış olublar. Tom Butçer burada görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, burada yarışa nəzarət qülləsi, komandaların qarajları və pit binasının tikintisi aparılır. “Çalışırıq ki, inşaat işlərini iyunun 1-dək yekunlaşdıraq. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmiləri və Formula-1 komandaları gələnə qədər işlər tam yüksək səviyyədə görülməlidir. Burada inşaat işləri dörd yerli şirkət tərəfindən həyata keçirilir. Bu il trekin quruluşunda heç bir dəyişiklik olmayacaq. FIA-nın tövsiyəsinə əsasən, beş döngədə əlavə baryerlər quraşdırmağa çalışacağıq. Eyni zamanda, bəzi döngələrdə poladdan əlavə lövhələr yerləşdiriləcək. Bu işlər təhlükəsizlik məqsədilə icra olunacaq. Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin və eyni zamanda, tribunaların quraşdırılması işləri də aparılır. Bu işlər də yerli şirkət tərəfindən həyata keçirilir”.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu il Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçılığı üçün cəlb edilən şirkətlərin 80 faizi yerli, qalanları isə xarici şirkətlərdir. Bu meyili qoruyub saxlamağa çalışırıq. Ümid edirik ki, gələcək illərdə bütün bu işləri yerli şirkətlər görəcək.
Formula-1 Azərbaycan Qran-prisi iyunun 23-25-də keçiriləcək.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info