Türkiyənin səfiri idman zalının açılış mərasimində iştirak edib
Tarix: 05.04.2017 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


"Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin təşəbbüsü, TİKA Bakı ofisinin maliyyə dəstəyi ilə "crossfit" idman növü üzrə "Cross&Gym" idman zalının açılış mərasimi baş tutub. Açılış mərasiminda Türkiyə Respublikasının Azərbaycanda təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, TİKA Bakı ofisinin müdiri Adem Urfa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rüstəm Abdullayev, İnternat Məzunlarının Sosial İnteqrasiyası İctimai Birliyinin sədri Araz Əhmədov çıxış etmişdir. Tədbirdə açılış nitqi ilə başlayan "Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Adil Abdullayev günümüzdə ölkə rəhbərliyi tərəfindən idmanın inkişafına göstərilən dəstəyini vurğulamış, reallaşdırılan layihənin ölkəmizdə gənclər arasında idman növlərinə və sağlam həyatın təbliğ edilməsi hərəkatına dəstək xarakterli olduğunu qeyd etmişdir.
Daha sonra çıxış edən TİKA Bakı ofisinin müdiri Adem Urfa həyata keçirilən layihənin sosial əhəmiyyətini vurğulamış, gənclər üçün mümkün olacaq faydaları haqda söz açmışdır.
Türkiyə Respublikasının Azərbaycan təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə iki ölkə arasında davam edən münasibətlərin vətəndaş cəmiyyəti insitutları səviyyəsində də həyata keçirilməsinin əhəmiyyətini qeyd etmişdir. Digər natiqlər öz çıxışlarında layihənin həyata keçirilməsində öz xoş arzularını bildirmişdir.
Xatırlatmaq yerinə düşər ki, "Cross&Gym" idman zalı crossfit idman növü üzrə fəaliyyər göstərən ilk və tək rəsmi idman zalıdır. Layihənin həyata keçirilməsində əsas məqsəd ölkədə uğurla inkişaf etdirilən idman hərəkatına sosial dəstək vermək, xüsusilə maddi çətinliklərlə üz-üxə qalmış həvəsli gənclərə şərait yaratmaqdır.
Son dövrlər Azərbaycanda idmana maraq artmaqdadır ki, bu ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə bir başa göstərdiyi maraq və dəstəyin nəticəsidir. Ölkəmiz dünyasəviyyəli turnirlərə ev sahibliyi etməkdədir. İdmançılarımızın dünya idman arenasında uğurla ölkəmizi tanıtması kimi faktların hər birini nəzərə alaraq "Yeni Yol" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan gənclər üçün idman mərkəzi açmışdır. Bu layihənin ərsəyə gəlməsi bilavasitə TİKA Bakı ofisinin tərəfdaşlığı ilə həyata keçirilmişdir . Belə ki, zalın təmiri və lazımı avadanlıqlarla təchiz olunmasını TİKA Bakı ofisi öz üzərinə götürmüş nəticədə Azərbaycanda ilk və tək olan crossfit idman zalı gənclərin ixtiyarına verilib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
“Gənc DOST” Proqramına qoşulan könüllülər gələcəkdə “DOST” mərkəzlərinin əməkdaşları olacaqlar
23.04.2019
“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?
23.04.2019
Aşağı məbləğdə hesablanan pensiyalar müəyyən edilərək artırılıb
23.04.2019
Azərbaycanda bu şəxslərin pensiyası artacaq
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info