“Əhali Türkiyə və Rusiya kanallarına üstünlük verir”
Tarix: 05.04.2017 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Nüşrəvan Məhərrəmli: “Kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər”

Milli Məclisin Mədəniyyət komitəsinin dünən keçirilən iclasında Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin adları açıqlanıb.
Bunlar Mətbuat Şurası tərəfindən namizədliyi irəli sürülən Yadigar Məmmədli, Azər Həsrət, Milli Elmlər Akademiyası tərəfindən Muxtar İmanov, Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən isə Həsən Cəfərov və Əli Cəfərovdur. Məsələ MM-in plenar iclasına tövsiyə olunub.
İclasda “Kabel şəbəkəsi haqqında” qanun layihəsinin müzakirəsidə keçirilib. Müzakirədə Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli bildirib ki, Azərbaycanda 17-si kabel, 15-i IP televiziya kanalı olmaqla, 32 televiziya kanalı fəaliyyət göstərir. O qeyd edib ki, 2002-ci ildə teleradio ilə bağlı qanun qəbul olunduqda kabel şəbəkəsi o qədər də inkişaf etməmişdi: “Zamanla bu sahədə böyük dəyişikliklər baş verdi, bu da yeni qanuna ehtiyac yaratdı. Bu gün nəinki Bakı və Sumqayıtda, Gəncədə, Mingəçevir də bu şəbəkə ilə əhatə olunub. Əvvəllər bu xidmətdən istifadə edən insanlar 40-50 xarici kanala baxırdılarsa, hazırda 100-dən çox kanala baxa bilirlər. Son 1 ildə 15 hüququ şəxs bu yayımla məşğul olmaq üçün Şuraya müraciət edərək lisenziya alıb. Kabel şəbəkəsi yayımı çox böyük əhəmiyyət kəsb edir. Yeni qanunda dövlət maraqlarının qorunması məsələsi ciddi şəkildə önə çıxır. Bu məsələlər bir-birinə bağlı olan məsələdir”. MTRŞ sədri deyib ki, xarici ölkə kanallarının Azərbaycanda yayımlanması yerli televiziyaların reklam bazarına ciddi zərbədir: “Bu baxımdan xarici kanalların reklamları məhdudlaşdırılır. Bundan əlavə, xarici kanalların kabel şəbəkəsində yayımı ilə bağlı qeydiyyatdan keçmə məsələsi də var ki, yeni qanun layihəsində bu məsələlərə yer ayrılıb”. Nüşrəvan Məhərrəmli bildirib ki, Rusiyanın “NTV+” televiziya kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır. MTRŞ bununla bağlı məhkəməyə və aidiyyəti quruma müraciət etsə də, kanalın yayımı kabel şəbəkəsində davam etdirilir. Nüşrəvan Məhərrəmli bildirib ki, Azərbaycanda bir sıra kabel şəbəkəsi yayımçıları qanunsuz fəaliyyət göstərir: "Dəfələrlə bu məsələni qaldırmışıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Vergilər Nazirliyinə müraciət etmişik, amma nəticə yoxdur. Bizim hər bir evə ayrıca girmək səlahiyyətimiz yoxdur. Amma qurumlar bu işin öhdəsindən gələ bilərlər". Daha sonra bildirib ki, əhali qonşu ölkələr - Türkiyə və Rusiya kanallarına üstünlük verirlər: “Bunun günahı o ölkələrdə deyil. Sadəcə, insanlarımız həmin ölkələrin dillərini sərbəst bildikləri və o telekanallardakı proqramlar onlara maraqlı gəldiyi üçün baxırlar. Bu baxımdan o ölkələrin telekanallarının reklamları da çox rahat bizim ölkə bazarına yer tapır, rahat reklam olunurlar. Amma bunun da çarəsi var və elə də ciddi problem deyil. Məsələn, kabel televiziyaları həmin ölkələrin kanallarını yayımlayarkən reklamlar zamanı hansısa vasitə ilə o hissəni dayandıra bilərlər. Ümumiyyətlə, yeni qanun layihəsi imkan verəcək ki, biz bunun da həllini tapaq. Təbii ki, ilk növbədə sərt tədbirlərə üstünlük verməyəcəyik”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info