“Adın şərəflidir sənin, ey qadın! Dahilər anası çağırılır adın”
Tarix: 05.04.2017 | Saat: 21:25:00 | E-mail | Çapa göndər


ADPU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Ağayevanın rəhbərliyi ilə Tarix-Coğrafiya fakültəsinin I kurs tələbələrinin ingilis dilində “Adın şərəflidir sənin, ey qadın! Dahilər anası çağırılır adın” mövzusunda tədbiri keçirilib. Tədbir Azərbaycanın tanınmış qadınlarına həsr olunub. Tədbirdə İngilis dili kafedrasının müdiri, dos. Gülçöhrə Alıyeva, müəllimlər Arzu Hüseynova, Nazdı Həsənova, Məlahət Səmədova və Məlahət müəllimənin ingilis dilini tədris etdiyi T 107-ci yarımqrupu iştirak ediblər. Tədbirdə 101, 108 və 109-cu qruplardan da bəzi tələbələr iştirak ediblər. Eyni zamanda həmin fakültənin 201, 202 və 203-cü qruplarından bir neçə tələbə dəvət olunub. Tədbirdə tələbələr xalqımızın məşhur qadınları barədə ətraflı məlumat veriblər. Tələbələrin çıxışları sinxron olaraq video-çarxla müşayiət olub. Tədbirdə 101-ci qrup tələbələri Əliyeva Nərmin, Şabanlı Novruz, 107-ci qrup tələbəsi Mustafayeva Səba və 32 nömrəli məktəbin 1C sinif şagirdi Əliyev Aftandil “Qaynana” filmindən səhnəcik göstəriblər. 202-ci qrup tələbəsi Qədimova Nərgiz, 203-cü qrup tələbəsi Adışev Ziyanın musiqili çıxışı tələbələr tərəfindən xoş qarşılanıb. Tədbirdə diqqət çəkən məqamlardan biri də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin qadınlar haqqında fikirlərinin tələbələr tərəfindən söylənməsi olub. Tədbirin 2-ci hissəsi Novruz bayramına həsr olunub. Tələbələr xalqımızın qədim bayramı haqqında danışıblar, şerlər söyləyiblər. Tələbələrin ekspromt olaraq yallı getməsi tədbirə xüsusi şövq verib. Sonra isə İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, həmin kafedranın müəllimləri Arzu Hüseynova, Nazdı Həsənova, Məlahət Səmədova çıxış edərək baş müəllim Sevda Ağayevaya və tələbələrə öz təşəkkürlərini bildiriblər. Qonaqlar tədbir barədə fikirlərini qeyd edərək tədbirdən razı qaldıqlarını söyləyiblər. Dərsin sonunda Sevda müəllimə tələbələrə, müəllimlərə, Gülçöhrə xanıma tədbirdə iştirak etdiklərinə görə öz minnətdarlığı bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info