Türkiyə faktları beynəlxalq qurumlara göndərəcək
Tarix: 06.04.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Aprelin 4-də səhər saatlarında müxalif Azad Suriya Ordusunun nəzarətində olan İdlib şəhərinin Xan Şeyhun qəsəbəsinə hava zərbəsi endirilməsindən sonra kimyəvi qazdan zəhərlənərək ölənlərin sayı 72 nəfərə çatıb. Ölənlərdən 20 nəfəri uşaqdır. Dünən də Suriya ordusunun hava qüvvələrinin İdlibə hücumları davam edib. İdlibə 5 hava zərbəsi endirilib. Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ İdlibdə kimyəvi qadan zəhərlənən 30 nəfərin müalicə üçün, o cümlədən zəhərlənmədən ölən 2 nəfərin cəsədinin Türkiyəyə gətirildiyini açıqlayıb. Akdağ İdlibdə kimyəvi silahdan istifadə edilməsinə dair dəlillərə malik olduqlarını bildirib: “Həmin dəlilləri sənədləşdirərək Ümumdünya Səhiyyə Təşkilatına göndəririk. Bəşəriyyətin bu məsələyə laqeyd qalmaması lazımdır. Zalım rejimin uşaq, qoa, gənc ayırmadan hər kəsin üzərinə bomba yağdırması, üstəlik, kimyəvi hücum təşkil etməsi vəhşilikdir”. Qeyd edək ki, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti Suriyada müxalif Azad Suriya Ordusunun nəzarət etdiyi ən böyük ərazidir. Suriya hakimiyyəti və Rusiya indiki mərhələdə məhz İdlibin nəzarət altına alınmasına diqqət yönəldib. Quru qüvvələrinin iştirakı ilə genişmiqyaslı hücumun gələn həftə bazar ertəsi başlanması gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info