“Gənclər Qazaxıstan-Azərbaycan əməkdaşlığına həmişə böyük dəstək olurlar”
Tarix: 06.04.2017 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Qazaxıstanla Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin olması iki ölkənin gənclərində böyük ruh yüksəkliyi yaradıb
Qazaxıstan və Azərbaycanın ikitərəfli siyasi, iqtisadi və mədəni əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Regionun iki nüfuzlu dövlətinin dostluq münasibətləri artıq bir çox ölkələr üçün nümunəyə çevrilib. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfəri və bu səfər çərçivəsində aparılan danışıqlar, eləcə də imzalanan sənədlər iki öklə arasındakı münasibətlərin yaxınlığını bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, Prezident Nursultan Nazarbayev Bakıya axırıncı səfəri zamanı “Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb” fikrini xüsusi vurğuladı.
Diqqətçəkən məqamlardan biri də odur ki, dövlət səviyyəsində əməkdaşlığın inkişafına prezidentlər səviyyəsində qardaşlıq və dostluq münasibətlərinin olması da təsir edir. Məhz bu kimi amillər, həmçinin Prezident Nursultan Nazarbayevin Azərbaycana səfəri Qazaxıstandakı azərbaycanlı və yerli ictimai fəal gənclərdə böyük ruh yüksəkliyi yaradıb. Həmin gənclərdən bir neçəsi iki qardaş ölkənin münasibətlərinin daha da möhkəmlənməsi haqqında öz fikirlərini bizimlə bölüşüblər. Qeyd edək ki, bu gənclərin fikirlərinin toplanmasında bizə Qazaxıstanda fəaliyyət göstərən Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundov dəstək göstərib.
Dini Assosiasiya Mərkəzinin sədri Yuliya Denisenko: “Azərbaycandan bizə qədim Azərbaycan xalçası hədiyyə gəldi. Milli əl işi olan bu gözəl hədiyyə indi mənim ailəmdə nəsildən-nəslə ötürüləcək. Bu xalçanı mənə hədiyyə edən insanın adını çəkməsəm, düz olmaz. Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundovla mənim usaqlığım bir keçib. Həmişə dadlı Azərbaycan çayı içirdik, onun anası Ayna xanım mənə də ana olub. Biz həmişə bir-birimizə arxa olmuşuq. Bu gün biz artıq böyüdük, amma bizim yolumuz ayrılmadı. Biz birlikdə Qazaxıstanın Xalqlar Assambleyasının bütün tədbirlərində iştirak edirik. Bəhruzun rəhbərlik etdiyi Heydərçi Azərbaycanlı Gənclər Təşkilatı bizim terrora qarşı olan ictimai təşkilatımıza ilk dəstək oldu. Biz rəsmi şəkildə əməkdaşlıq müqaviləsi imzaladıq. “Heydərçi”lər çox fəaldırlar. Bu gənclər Qazaxıstan-Azərbaycan əməkdaşlığına, siyasi əlaqələrinə, xüsusən də mədəniyyət sahəsində həmişə böyük dəstək olurlar. “Heydərçi” gənclərin Qazaxıstana olan sevgisi ürəkdən gəlir. Bu gənclər çoxlarına nümunədir. Belə dostlarla fəxr edirik”.
Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının üzvü Bikenova Asell Baqdatovna: “Biz böyük türk dünyasının övladlarıyıq. Qazaxıstan və Azərbaycan xalqları arasında yaranan dostluğun, qardaşlığın böyük tarixi var. Dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz, xalqlarımızın bir-birinə olan gözəl münasibəti və xüsusən də ölkə başçılarının qardaşlığı biz, qazaxıstanlı gəncləri ruhlandırır. Yaşasın Azərbaycan-Qazaxıstan qardaşlığı!”.
KAZQYU Universitetinin rektor müavini Aytenova Bibiqul Kamzenovna: “Qazaxıstanı və Azərbaycanı keçmiş tarixləri bir-birinə bağlayıb, xüsusən də bu ölkələr müstəqillik qazandıqdan sonra daha sıx əlaqədə olublar. Birlikdə böyük uğurlar əldə ediblər; həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində çox sıx əməkdaşlıq yaranıb. Bu birliyin böyük kökü var, o da onların türklüyüdür. Qazaxıstanla Azərbaycanın bir-biri ilə qurduğu siyasət başqa ölkələrdən öz fəallığı və etibarı ilə seçilir”.
Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının üzvü, 54 saylı liseyin müəlliməsi Ayitjanova Saniya: “Mən çox sevinirəm ki, müxtəlif xalqların nümayəndəsi olan ölkədə yaşayıram. Milliyətindən asılı olmayaraq həmişə bir-birimizə dayaq dururuq. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkədə bütün sahələrdə öz fəallıqlarıyla seçililər, xüsusən də mədəniyyət sahəsində. Bizim bir xalq olduğumuza heç kəsin şübhəsi ola bilməz. Bunu bizim adət-ənənələrimiz, zəngin mədəniyyətimiz sübut edir. Mən arzu edirəm ki, Qazaxıstan-Azərbaycan dostluğu əbədi olsun”.
Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının üzvü, Astana şəhərində yaşayan azərbaycanlı iş adamı Səbuhi Babayev: “Əminəm ki, şanlı tarixə sahib və böyük mədəniyyətlər yaratmış nəcib türk millətinin iki parlaq təmsilçisi olan Azərbaycan və Qazaxıstan yaxın gələcəyin müvəffəqiyyət simvolu, nümunəvi dövlətləri olacaq. İki qardaş dövlətin həyatın hər sahəsindəki dərin iş birliyi bu gözəl gələcəyi daha da yaxınlaşdıracaq”.
(Ardı var)
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info