Əcnəbi tələbələr Cocuq Mərcanlıda
Tarix: 06.04.2017 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Çinli tələbə:
“Bu torpaqlar Azərbaycanın ərazisidir. Ermənilər buranı işğal etmək istəyiblər”

Zimbabveli tələbə:

“Azərbaycan dövləti onlar üçün evlər tikir, qəsəbə salır. Dünyanın bir çox yerində dövlət insanlar üçün evlər tikmir”

Ölkəmizin ali məktəblərində təhsil alan bir qrup əcnəbi tələbənin və yerli media nümayəndələrinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən səfərin əsas məqsədi əcnəbi tələbələrə ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilən vəhşilikləri göstərmək, xalqımızın işğal altındakı torpaqlarımızın geriyə qaytarılması əzmini nümayiş etdirmək, eləcə də onları Prezident İlham Əliyevin sərəncamları ilə kəndin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırmaqdır.
Təhsil Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri və əcnəbi tələbələr əvvəlcə Horadiz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Qonaqlar sonra Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər. Əcnəbi tələbələrə Prezidentin Sərəncamına müvafiq olaraq Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə əlaqədar məlumat verilib. Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi işğal altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. İştirakçılar Cocuq Mərcanlıda inşa edilən məktəb binasının tikinti işləri ilə də tanış olublar. Ərazidə yerləşən hərbi hissənin komandir heyəti ilə görüşən tələbələr 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib, kənddə yeni çəkilən avtomobil yolunun kənarına ağac əkiblər. Səfər iştirakçılarına Ermənistanın hərbi təcavüzü və işğal siyasəti, aprel döyüşləri ilə bağlı məlumatların yer aldığı bukletlər təqdim olunub. Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində N saylı hərbi hissənin əsgərləri ilə keçirilən görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğundan danışıb. Əsgərlərimizə hərb işini dərindən öyrənməyi tövsiyə edib, onlara xidmətlərində uğurlar arzulayıb. Qonaqlar daha sonra Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa olunan 3 nömrəli tam orta məktəblə tanış olublar. Məktəbin şagirdlərinə xatirə hədiyyələri təqdim edilib. Çindən olan tələbə Zhang Guoqing jurnalistlərə müsahibəsində deyib: “Mən yeddi ildir Azərbaycanda təhsil alıram. Bilirəm ki, keçən ilin aprel ayında burada şiddətli döyüş olub. Bu torpaqlar Azərbaycanın ərazisidir. Ermənilər buranı işğal etmək istəyiblər. Müharibə bütün insanlar üçün dəhşətdir. Mən görürəm ki, burada evlər tikilir və kəndin sakinləri öz evlərinə qayıdacaqlar. Arzu edirəm ki, heç vaxt müharibə olmasın. Bu ərazilərdə həmişə dinclik olsun”. Zimbabvedən olan tələbə Qaret Şoko isə Cocuq Mərcanlıya gəldiyi üçün özünü şanslı hesab etdiyini bildirib: “Səfər zamanı xeyli məlumat əldə etdim. Cocuq Mərcanlı sakinləri yenidən öz yurdlarına qayıdacaqlar. Azərbaycan dövləti onlar üçün evlər tikir, qəsəbə salır. Dünyanın bir çox yerində dövlət insanlar üçün evlər tikmir. Azad edilmiş kəndin yenidən bərpa olunmasını görmək, həqiqətən də çox gözəl hisdir”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info