Qaqauzlar Dodonun Avrasiya İttifaqı siyasətini dəstəkləyirlər
Tarix: 06.04.2017 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


İrina Vlax: “Gələn il Moldovada keçiriləcək parlament seçkilərindən sonra hakim koalisiya kardinal şəkildə dəyişəcək. Həmin vaxta qədər Dodon parlament və hökumətə müqavimət göstərməkdə davam etməlidir”

Moldova hökumətinin üzvü, Qaqauziya muxtariyyətinin rəhbəri İrina Vlax dövlət başçısı İqor Dodonun Rusiya və Avrasiya İttifaqı siyasətinə dəstək verib. Vlax qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq haqqında sənədin imzalanmasını ölkə əhalisinin əksəriyyəti dəstəkləyir.
Qaqauzların lideri “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, ölkə parlamentinin spikeri və baş naziri bu əməkdaşlığa qarşı çıxış edir: “Onların Avropa gündəliyi var. Amma bir məsələ var ki, Qaqauziya hər iki tərəflə əməkdaşlıq etməyin mümkün olduğunu sübut edir. Muxtar qurum həm Avrasiya İttifaqı, həm Avropa İttifaqı, həm də Türkiyə ilə əməkdaşlıq edir və bunlar bir-birinə mane olmur. Bizim ixracımızın 36 faizi Avrasiya İttifaqı ölkələrinədir. Bizim həmin ölkələrin bazarına ixrac məsələsində heç bir problemimiz yoxdur. Eyni zamanda biz Avropa İttifaqı və Türkiyəyə də məhsul ixrac edirik. Deməli, Moldovanın öz daxilində çoxvektorlu siyasət nümunəsi var. Moldovanın növbəti addımı Avrasiya İttifaqında müşahidəçi statusu almasıdır”. Qeyd edək ki, Kişinyovda Avrasiya İttifaqı ilə Moldova arasında sənəd imzalanıb. Prezident Dodon hesab edir ki, bu müqavilənin imzalanması Moldovanın maliyyə balansının yaradılmasını təmin edəcək. Həmin sənədi imzalayan İrina Vlax bildirib ki, İqor Dodon seçkiqabağı verdiyi vədlərini yerinə yetirir. Türkdilli Qaqauz yerinin lideri bildirib ki, Dodon Avrasiya İttifaqı ilə əməkdaşlıq sazişi imzalamaqla heç bir qanun pozuntusuna yol verməyib: “Heç bir pozuntu yoxdur. Dodon seçki zamanı verdiyi vədləri yerinə yetirməyə başlayıb. Ona görə də ölkə əhalisinin əksəriyyəti onun Rusiya və Avrasiya İttifaqı ilə yaxınlaşma siyasətini dəstəkləyir. Qaqauz muxtariyyətinə gəldikdə isə deyim ki, biz qərarımızı 2014-cü ildə keçirilən referendumda Avrasiya İttifaqına inteqrasiyanı dəstəkləməklə vermişik”. İrina Vlax hesab edir ki, gələn il Moldovada keçiriləcək parlament seçkilərindən sonra hakim koalisiya kardinal şəkildə dəyişəcək: “Həmin vaxta qədər Dodon parlament və hökumətə müqavimət göstərməkdə davam etməlidir. Amma əhalinin böyük əksəriyyətinin dəstəyi onunladır”. Moldova parlamentinin spikeri və hökumət başçısı bu sənədə qarşı çıxıb. Baş nazir Pavel Filip bildirib ki, Dodonun imzaladığı sənədlə bağlı nə hökumətin, nə də Xarici İşlər Nazirliyinin razılığı yoxdur və bu sənəd Moldova dövlətinin adından imzalanmayıb. Moldovanın parlamentli respublika olduğunu və xarici siyasət kursunun da qanunverici orqan tərəfindən müəyyən edildiyini deyən Filip bəyan edib ki, dövlət başçısının imzaladığı sənəd mütləq parlamentdə ratifikasiya olunmalıdır. Parlament spikeri Andrian Kandu isə qanunverici orqanın həmin sənədi ratifikasiya etməyəcəyini və sənədin hüquqi nəticəsinin olmayacağını deyib. Ekspert Dionis Çenuqa “TVR Moldova”nın efirində bildirib ki, sənəd hüquqi əsasa malik deyil və əsas qanuna ziddir. Amma ekspert hesab edir ki, hüquqi əsası olmayan sənəd 2018-ci ildə keçiriləcək parlament seçkilərində Dodonun partiyasının qalib gəlməsinə yardım edəcək. Prezident Dodon bildirib ki, yeni imzalanan sənəd ölkəsinin Avropa İttifaqı ilə imzaladığı razılaşmaya zidd deyil. Amma Avropa İttifaqı ilə imzalanan sənəd ölkə üçün effektsizdir: “Bu sənəd Moldova ixracının azalmasına, bankların iflas olmasına səbəb olub. Avrasiya İttifaqı ilə əməkdaşlıq Moldovanın maraqlarına cavab verir”.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info