Almaniya kiber ordu yaratdı
Tarix: 06.04.2017 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Yeni ordu seçkiyə kənar müdaxiləni əngəlləməli, lazım olan anda kompleks və peşəkar kiberhücumlar təşkil etməlidir

Almaniya da kiber məkanda mübarizəyə qoşulur. Belə ki, dünən Bonnda Almaniyanın kiberordu mərkəzi açılıb. Açılışa ölkənin müdafiə naziri Ursula fon der Lyayen də qatılıb. Beləliklə , bundan sonra Almaniya kiberordusu ölkənin quru qoşunları ilə yanaşı, hərbi hava və dəniz qüvvələrinə də kiber məkanda yardım edəcək.
Köhnə paytaxt olan Bonnun adı son dövrlər siyasi xəbərlərdən daha çox kriminal xronikalarda hallanır. Lakin federal əhəmiyyətli şəhər sayılan Bonn yeni status qazanır. Almaniyanın kiber ordusu Bonnda məskunlaşacaq. Yeni kompleks Bonnda olan və ölkənin Müdafiə Nazirliyinə məxsus Harthoe sahəsində yerləşir. Hər şeydən əvvələ qeyd edək ki. Almaniyada bu günə qədər kiber məkanda təhlükəsizliyin təmin edilməsi sahəsində əsas məsuliyyət ölkənin Daxili İşlər Nazirliyində idi. Amma bundan sonra həmin sahə ilə xüsusi ordu məşğul olacaq.

İyul ayından etibarən bundesverin tərkibində olan strateji kəşfiyyat, operativ kommunikasiya mərkəzləri kiber ordunun nəzarətinə veriləcək

Kiberorduya rəhbərliyi general Lyudviq Laynxos edəcək. Bonn qərargahında fəaliyyət göstərəcək əməkdaşların ümumi sayı hələ ki, 260 nəfərdən çox olmasa da, bu ilin iyulundan etibarən əməkdaşların sayı 13,5 mindən artıq olacaq. Almaniya mətbuatı yazır ki, yeni ordu Bundestaqa keçiriləcək seçki kampaniyasını kənar müdaxilədən qorumalıdır. Məlum olduğu kimi, Qərb ölkələrində keçirilən seçkilərə Rusiyanın müdaxiləsi barədə çox danışılır. ABŞ-da keçirilən son seçkilərdən sonra Qərb ölkələri təlaşa düşərək hər şeydə “rus izi” axtarır. Ursula von der Lyayenin başçılıq etdiyi yeni ordu seçkiyə kənar müdaxiləni əngəlləməlidir. Almaniyanın bu addımı amerikalılara cavab kimi də dəyərləndirilir. Xatırlatmaq yerinə düşər ki, ki, ABŞ Senatının kəşfiyyat komitəsinin son iclasında bildirilib ki, Almaniyada keçiriləcək seçkilərə kənar müdaxilə təhlükəsi var. Almaniya Müdafiə Nazirliyi bildirib ki, yeni ordunun qarşısında lazım olan anda kompleks və peşəkar kiberhücumlar təşkil etmək vəzifəsi də qoyulub. İyul ayından etibarən bundesverin tərkibində olan strateji kəşfiyyat, operativ kommunikasiya mərkəzləri kiber ordunun nəzarətinə veriləcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.12.2019
“Sarı jiletlilər”in nümayişləri 57-ci həftəsində
15.12.2019
Türkiyə “Patriot” sistemləri almaq üçün ABŞ-a sorğu göndərib
15.12.2019
Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb
15.12.2019
Hami Aksoy Aİ Şurasının Türkiyә ilә bağlı bәyanatına münasibәt bildirib
14.12.2019
Amerika hərbçilərinin 46 faizi rusları özlərinə müttəfiq hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info