“Xocalı faciəsini törədənlər məhkəmə məsuliyyətinə cəlb edilməlidirlər”
Tarix: 06.04.2017 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Mənim fikrimcə, Estoniya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir və bu münasibətlər müsbət məcrada inkişaf edir”.
Estoniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Eynar Vallbaum bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində söyləyib.
Deputat vurğulayıb ki, bu gün uğurlu əməkdaşlıq üçün geniş imkanlar var. E. Vallbaum qeyd edib ki, bu ilin fevral ayında Bakıda səfərdə olarkən azərbaycanlı deputatlarla görüşüb, həmin görüşdə ikitərəfli əməkdaşlığı ən yüksək səviyyəyə çatdırmaq, bütün mühüm məsələlərə dair mütəmadi fikir mübadiləsi aparmaq barədə razılıq əldə edilib. O deyib: “Biz Milli Məclisin Parlamentlərarası Dostluq Qrupunu yaxın vaxtlarda Estoniyaya səfərə dəvət etdik”. Estoniya parlamentinin Dostluq Qrupunun üzvləri Bakıda səfərdə olarkən Xocalı faciəsinin qurbanlarına aid abidəni ziyarət ediblər. E. Vallbaum bu faciə ilə əlaqədar öz mövqeyini belə ifadə edib: “Biz cinayətkarları və 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalının işğalı zamanı onların Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qeyri-insani hərəkətləri qətiyyətlə pisləyirik. İnsanlığa qarşı cinayət olan bu faciəni törədənlər məhkəmə məsuliyyətinə cəlb edilməlidirlər”. Vallbaum Bakı barədə təəssüratlarını bölüşərək deyib: “Köhnə və təzə Bakının bir-birini necə tamamlamasını görmək çox xoş idi. Sizin şəhəriniz insana müsbət enerji, işıq, xoş ovqat bəxş edir. Əlbəttə, insanlarınız heyrətamiz dərəcədə mehribandır. Mən tanışlarıma Azərbaycana səfər etmələrini məsləhət görürəm. Bu ölkədə səyahət etmək və onun minillik mədəniyyətindən zövq almaq mümkündür”.





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info