LDU-da vətənpərvərlik mövzusunda tədbir keçirilib
Tarix: 06.04.2017 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Aprel döyüşlərində  Azərbaycan ordusunun əldə etdiyi qələbənin ildönümü  ilə əlaqədar Lənkəran Dövlət Universitetində keçirilən tədbir vətənpərvər ruhu, mübarizlik əhval ruhiyyəsi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş şəhid eloğullarımızın xatirəsinə ehtiram və hörmət, qələbəyə inam amalı ilə diqqətçəkən olub. N saylı hərbi hissənin əsgər və zabit heyətinin, şəhid valideynlərinin, ikinci Qarabağ savaşı veteranlarının dəvət edildiyi tədbirdə LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib. Tədbiri açan universitetin kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru Kamran Kazımov ötən ilin Aprel döyüşlərində ordumuzun qazandığı qələbəni müasir Azərbaycan hərb tarixinin parlaq səhifəsi adlandırıb, torpaq uğrunda qurban gedən şəhidlərin qədirbilən xalqımızın, xüsusən gənc nəslin yaddaşında daim yaşayacağını, zaman-zaman xatırlanacağını bildirib.
Aprel şəhidlərinin müqəddəs xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əsgər Əliyevin atası Ələkbər Əliyev çıxışında şəhid ailələrinə  göstərilən diqqət və ehtiramı önə çəkib, ötən ilki Aprel döyüşlərində erməni tapdağından azad olunmuş torpaqları oğlunun şəhid ruhuna, özü kimi şəhid valideynlərin ürəyinə təskinlik adlandırıb, Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı günün uzaqda olmadığını bildirib.
Universitet tələblərinin hazırladığı qələbə ruhlu musiqili-ədəbi bədii kompozisiya “Vətən marşı”nın ifası ilə başlanıb. Tələbələrdən Xaqani Bədəlov, Babək Cəfərov, Günel Babazadə, Səyyar Ağazadə və başqalarının ifa etdikləri  vətənpərvər ruhlu şer və mahnılar, səhnəciklər gənc nəslin qələbəyə inamı, mübariz əhval-ruhiyyəsi, kövrəkliyi və səmimiliyi ilə diqqət çəkib. Qələbəyə çağırış ruhlu tədbir “Əsgər marşı” ilə yekunlaşıb.
 Xatırladaq ki, Aprel döyüşlərində qələbənin ildönümü ilə bağlı keçirilən ümumrayon tədbirində də LDU –nun tələbə müəllim heyəti  fəal iştirak edib.
Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər arasında LDU-nun tələbəsi Orxan Əmənov da olub. Universitet gənclərini təmsil edən Orxan Əmənov çıxışında tələbələrin  milli ordumuzun  aprel döyüşlərində qazandığı qələbədən ruhlandığını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr etdiyini, torpaqlarımızın işğaldan azad olunması naminə vuruşmağa  hər an hazır olduqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edək ki, universitetdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ardıcıl iş aparılır, mütəmadi olaraq rəngarəng tədbirlər keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info