Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Bununla bağlı mediaya açıqlama verən İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, ölkə başçısı uzun müddətdir ki, bu sahədə gedən proseslərə nöqtə qoyacaq bir qərar verərək, Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı imzalayıb.
Bu fərman və ölkə başçısının mövqeyi onu sərgiləyir ki, bu sahədə şəffaflığın və hesabatlılığın təmin olunması ilk növbədə Azərbaycan üçün vacibdir.
Fərmanda qeyd olunduğu kimi, təbii ehtiyatlardan əldə olunan gəlirlərin vətəndaşların rifahı və ölkənin milli maraqları naminə idarə olunması suveren dövlətlərin səlahiyyətlərinə aiddir və təbii ehtiyatlardan əldə olunan gəlirlərdən qənaətli istifadə yoxsulluğun azaldılmasına və davamlı iqtisadi inkişafa təkanverən mühüm vasitədir.
Fuad
|