“Qarabağ” reytinq siyahısında “Arsenal”ı, “Qəbələ” isə “Çelsi”ni qabaqlayıb
Tarix: 06.04.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Dünyanın ən yaxşı klublarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvəldə planetin ən yaxşı 405 komandası yer alıb.
2016-cı ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 2 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı - 155 xalla 55-ci yer. “Ağ-qaralar” “Arsenal”, “Lester” (hər ikisi İngiltərə), “Porto” (Portuqaliya), “Zenit” (Rusiya), “Lion” (Fransa) kimi komandaları arxada qoyub. Ötən il 142 xalla 77-ci yerdə olan Qurban Qurbanovun yetirmələri 22 pillə irəliləyib.
Daha bir təmsilçimiz “Qəbələ” də ilk “yüzlük”də qərarlaşıb. Roman Qriqorçukun komandası 97-ci pillədə qərarlaşıb - 125 xal. Bu mövqeni “Şkendiya” (Makedoniya), “Rusenborq” (Norveç), “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) ilə bölüşən “qırmızı-qaralar” “Çelsi” (İngiltərə), “Beşiktaş” (Türkiyə) və “Marsel” (Fransa) kimi məşhurları arxada qoyur.
Ötən il 116 xalla 124-cü pilləyə şərik olan “Qəbələ” 27 pillə irəliləyib. Bu, 9 xal qazanmaq sayəsində mümkün olub.
2016-cı ilin yanvarında 92 xalla 192-ci yerə şərik olan Bakı “İnter”i isə İFFHS-in siyahısını tərk edib.
Cədvələ Kolumbiyanın “Atletiko Nasyonal” klubu başçılıq edir – 383. İspaniya nəhənglərindən “Real” 310 xalla 2-ci, “Barselona” 280 xalla 3-cü yerdədi.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Neftçi” Antalyada növbəti yoxlama oyununu keçirib
23.01.2019
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
23.01.2019
“Rizespor” “Porto”dan futbolçu icarəyə götürüb
22.01.2019
Rusiyada ilk Qış Universiadası keçiriləcək
22.01.2019
Marselo əsas heyətdən kənarlaşdırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info