Sağlamlıq imkanları məhdud gənclər İslamiadanın könüllüləri olacaqlar
Tarix: 06.04.2017 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarında olan gənclərdən 14 nəfəri və mərkəzin məzunlarından 11 nəfəri, ümumilikdə 25 nəfər gənc də may ayında Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər.
 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən həmin gənclərin bu oyunlarda könüllü kimi iştirakı artıq qeydiyyata alınaraq təsdiqlənib.
 
Gənclər göstərilən etimada layiq olaraq, bu mötəbər tədbirdə də könüllü kimi özlərini uğurla doğrultmaq əzmindədirlər. Onlardan bir çoxu ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən  “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının könüllüləri sırasında olublar. Bu tədbirlərdə onlar könüllü kimi uğurlu fəaliyyətlərinə görə sertifikatlara layiq görülüblər. Əvvəlki idman tədbirlərində olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi fəal iştirak etmək, bu yarışların yüksək səviyyədə təşkilinə töhfələrini vermək əzmində olan sağlamlıq imkanları məhdud gənclər bundan qürur hissi keçirir, onlarda öz güclərinə, potensiallarına inam hissi daha da artır.
 
Mərkəzdə peşə hazırlığı kurslarını artıq başa vurmuş və İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək gənclər də könüllü iştirakla bağlı təlimlərin və oyunların keçirildiyi müddətdə mərkəzdə yerləşdiriləcək, dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
“Qala” qoruğunda ağacəkmə aksiyası keçirilib
16.11.2019
Məktəblilər Metronun təlim-tədris mərkəzində olublar
16.11.2019
Azərbaycanda bu şəxslər hər iş saatına görə 15 manat alacaq
15.11.2019
Azərbaycan əhalisi ticarət şəbəkələrində 31 milyard manatdan çox pul xərcləyib
15.11.2019
Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info