Mixail Korb: “Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycana yeni imkanlar yaradacaq”
Tarix: 06.04.2017 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyanın Azərbaycanda səfərdə olan dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda son illərdə aparılan iqtisadi islahatların effektivliyi barədə geniş məlumat təqdim edib. O, həmçinin prezident İlham Əliyevin tapşırıqları əsasında yaradılan Azexport portalı, eləcə də Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumat verib.
Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korb Azərbaycana səfərinin məqsədindən danışaraq bildirib ki, ölkələr arasında sıx əməkdaşlıq baxımından ticari-iqtisadi münasibətlərə xüsusi önəm verilir: “Rəqəmsal Ticarət Qovşağının yaradılması Azərbaycana yeni imkanlar yaradacaq. Həmçinin Estoniya ilə ticarət dövriyyəsini artırmaq, idxal-ixrac prosesini sürətləndirmək mümkün olacaq. Biz Azərbaycanla mövcud əməkdaşlıq imkanlarından məmnunuq. Düşünürük ki, bu imkanları daha da genişləndirmək mümkün olacaq”.
Görüşdə həmçinin Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli, Estoniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili İndrek Kiverik, Regional məsələlər üzrə Baş katibinin müavini Kaya Sarnet, Estoniyanın millət vəkili Deniss Borodiç, Azərbaycan-Estoniya Ticarət Palarasının sədri Yana Krimpe də iştirak edib.
Tərəflər əməkdaşlığı genişləndirmək üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info