İsa Həbibbəyli: “Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək”
Tarix: 06.04.2017 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi hazırlanarkən Maliyyə, Təhsil, Səhiyyə, Ədliyyə Nazirlikləri və Bakı şəhər İcra Hakimiyyətinə göndərilib və onlardan layihə haqqında rəsmi rəylər alınıb. Həmin qurumların rəylərində tərif, tənqidi notlar da olub”. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin III oxunuşda müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, yuxarıda adları qeyd olunan qurumlardan gələn rəylərdəki müddəalar haqqında düşünülərək, onların ən yaxşı cəhətləri qanun layihəsində öz əksini tapıb: “Layihədə həmin təhsil ekspertlərinin fikirləri, I və II oxunuşda müzakirə zamanı 15 deputat tərəfindən layihə ilə bağlı səslənən təklif və rəylər nəzərə alınıb”.
İ.Həbibbəyli bildirib ki, ictimaiyyətin rəyi nəzərə alınaraq qanun layihəsinin 7.6 maddəsi tam şəkildə bərpa edilib: “Maddəyə əsasən məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik, dünyəvilik prinsipləri əsasında müəyyən edilir”. Yaxın gələcəkdə ölkəmizdə məktəbəqədər təhsil şəbəkəsinin genişlənəcəyini deyən komitə sədri qeyd edib ki, artıq regionlarda bir sıra məktəbəqədər təhsil ocaqları açılır: “Əvvəl məktəbəqədər təhsil ocaqlarında yalnız məktəbəqədər təhsil ixtisası alanlar fəaliyyət göstərirdilər. Lakin burada kadr çatışmazlığı problemi yaranacağına görə, qanun layihəsində məktəbəqədər təhsil müəssisəsinə ali pedaqoji təhsil alan mütəxəssislərin təyin edilməsi nəzərdə tutulub. Bundan başqa, qanun layihəsində uşaq innovasiya fondlarına 3-4 bənd aid edilib. Bu da bu sahə ilə bağlı fəaliyyət göstərən QHT-lər üçün bir stimuldur”.
Komitə sədri qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərəcək defektoloq-loqopedlərin ali pedaqoji təhsili olması vacibdir.
İ.Həbibbəyli həmçinin bildirib ki, ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsində təhsili mütləq sayılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info