Ali məktəblərdə yeni ixtisas yaradıla bilər
Tarix: 06.04.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında ali məktəblərdə loqopediya-defektologiya ilə bağlı mərkəzlərin, ixtisasların yaradılması təklif edilib. Bunu deputat Bəxtiyar Əliyev təklif edib. Deputat qeyd edib ki, vaxtilə  sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsili ilə bağlı qəbul edilən qanunda defektoloq-loqopedik mərkəzlərin, komissiyaların yaradılması nəzərdə tutulmuşdu: “Həmin vaxtdan 15-20 il keçsə də, onların heç biri həyata keçirilməyib. Defektologiya pedaqogikanın bir hissəsidir və bütün dünyada da belə qəbul olunub. Loqopediya da onun içərisindədir. Onlar fiziki, psixi qüsurları olan uşaqlarla məşğul olurlar.  Bu gün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət standartlarında da loqopediya-defektologiya müəllimlik peşə ixtisasına aiddir və pedaqoji universitetlərdə bu ixtisasla bağlı dövlət standartları qəbul edilib. Loqopediya mürəkkəb sahədir. Bütün dünyada nitq qüsurlarının aradan qaldırılmasına diqqət göstərilir. Çünki, təfəkkürün inkişafı nitqdən asılıdır. Nitqdə qüsur varsa, yaradıcı, müstəqil təfəkkürün inkişafına nail olmaq mümkün deyil. Loqopediya-defektologiya ilə bağlı ali məktəblərdə ixtisaslar açıla, bununla bağlı Nazirlər Kabinetinə təkliflər verilə bilər. Səhiyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri sözügedən fakültənin açılması ilə bağlı  məsələyə baxa bilərlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək
03.12.2020
Azərbaycanda Uşaq Məcəlləsi hazırlanacaq
03.12.2020
İşğaldan azad olunan rayonlarda “Hədiyyə karvanı” layihəsi həyata keçiriləcək
01.12.2020
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlandı
30.11.2020
Nazirlik qazi Kənanı himayəsinə götürdü, anasını isə işlə təmin etdi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
3 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
4 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
5 Distant təhsilin müddəti uzadıldı - QƏRAR


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info