İsveç tez-tez kiberhücumlara məruz qalır
Tarix: 06.04.2017 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


İsveç tez-tez kiberhücumlara məruz qalan ölkələr siyahısına daxildir. İndi bu hücumlar artıq şəxsi biznesə, dövlət müəssisələri ilə bərabər, müxtəlif təşkilatlara toxunur.
Yerli KİV-lər xəbər verir ki, bu barədə məlumat İsveç Fövqəladə Hallar Agentliyinin (MSB) yeni mülki hesabatında verilib.
MSB-nin məlumatına görə, İsveçdə belə hücumlar ilk dəfə hələ 2014-cü ildə baş verib, 2016-cı ildən başlayaraq isə nəzərəçarpacaq dərəcədə çoxalıb və ilk növbədə başqa müəssisələrə, təşkilatlara və dövlət idarələrinə IT-xidmətlər göstərən şirkətlər əleyhinə yönəlib.
Kiberhücum faktlarının araşdırılmasının nəticələri barədə İsveç hökumətinə ətraflı məlumat verilib. Cinayətkarların fəaliyyətinin təsnif edilməsi üçün hücumu təşkil etmiş haker qrupları şərti olaraq “ART10” adlandırılıb. Qeyd edək ki, hakerlərin güclü hücumundan İsveçlə bərabər, ABŞ, Tayvan, Yaponiya, Norveç, Finlandiya, Fransa və İsveçrə zərər çəkiblər.
Bəzi KİV-lərin məlumatına görə, bu hücumlar Çindən olub, amma bu faktla bağlı sübutlar tapılmayıb.
İsveçin təhlükəsizlik polisi – “Säpo” özünün illik hesabatında göstərir ki, kibertəhlükəsizlik getdikcə daha əhəmiyyətli amilə çevrilir. İsveç təşkilatlarının çoxu bu təhdidlərə qarşı həssasdır. Krallığın xüsusi xidmət orqanlarından bildiriblər: “Bu təşkilatlar üçün təhlükə daim artır, amma onların müdafiə səviyyəsi zamanla ayaqlaşmır”.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
10.12.2019
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10.12.2019
Yanvarın 1-dən bütün pensiyalar 13-14 faiz artırılacaq
10.12.2019
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10.12.2019
Bakıdan Sumqayıt və Pirşağıya yeni qatarlar işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info