Mladen İvaniçin: “Ermənistan işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır“
Tarix: 06.04.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Bosniya-Herseqovina Rəyasətinin prezidenti Mladen İvaniçin APA-ya müsahibəsi
 
- Azərbaycan prezidenti XX Avrasiya İqtisadiyyat Zirvəsinə göndərdiyi məktubunda “ən təhlükəlisi odur ki, Ermənistan rəhbərliyi ərazi iddiasından başlamış bu münaqişəni xristian-müsəlman  qarşıdurması kimi qələmə verərək qlobal qarşıdurma yaratmağa səy göstərir”, - yazıb. Ermənistanın bu məkrli cəhdi barədə siz nə demək istərdiniz?
 
- Əlbəttə ki, qarşı tərəf işğalın üstünü örtmək üçün əlindən gələni etməyə çalışır. Problemi mümkün olan variantda həll etmək lazımdır. Mümkün olan variant isə məsələni sülh yolu ilə həll etməkdir, oturub sülh müzakirələri aparmaqdır. Mən Bakıda olarkən bu barədə prezident Əliyevlə danışmışam. Azərbaycanın bu istiqamətdəki mövqeyini aydın şəkildə başa düşürəm. Məncə, danışıqları, müzakirələri davam etdirmək lazımdır, bu, ən real yoldur. Münaqişəyə fərqli rəng vermək cəhdləri ola bilər. Ancaq burada fərqli dinlər arasında münaqişənin olduğunu söyləmək mümkün deyil.
  
- Prezident Əliyevin məktubunda Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün Azərbaycanın qərarlılığı vurğulanır. Bu sahədəki vəziyyəti necə dəyərləndirirsiniz?
 
- Biz bu barədə də danışmışdıq. Təbii qazın o dəhlizdən Albaniyaya, oradan İtaliyaya getməsi barədə fikir mübadiləsi aparmışdıq. Albaniyadan sonra potensialı yüksək olan xətt Monteneqrodan Bosniya-Herseqovinaya, oradan Xorvatiya və Avstriyaya keçəcək xətdir. Bu, kifayət qədər maraqlı layihədir. Xüsusən, indiki zamanda Bolqarıstandan Avropa İttifaqına getməsi planlaşdırılan “Cənub axını”nın olduğu yerdə, bu layihə daha da önəm qazanır. Biz mümkün olduğu qədər fərqli mənbələrdən qaz tədarük etməyə çalışmalıyıq. Anladığım qədər, ilk şərt bundan ibarətdir ki, Xorvatiya, Bosniya-Herseqovina və Monteneqro layihə ilə bağlı müştərək yanaşma nümayiş etdirməlidirlər. Biz birləşərək ortaq maraqlarımıza xidmət etməliyik, maraqlarımızı birlikdə həyata keçirməliyik. Məncə, bu, baş verəcək.
 
- Siz Qarabağ probleminin həlli üçün danışıqların davam etdirilməsinin tərəfdarısınız. Lakin BMT Təhlükəsizlik Şurasıın 4 qətnaməsinin heç biri həyata  keçirilməyib. Bu vəziyyətdə danışıqları davam etdirmək problemi həll edəcəkmi?
 
- Biz eyni problemlərin içindən gələn xalqlarıq. Bosniya da eyni problemi yaşamışdı. Mən buna əminəm: danışıqlara tez başlamaq gec başlamaqdan həmişə yaxşıdır. Problemi danışıqlar yoluyla həll etmək yeganə yol olmalıdır. Konfliktləri həll etmək üçün nə qədər müharibə aparılsa da, işin finalında yenə danışıqlar olur. Mən bu problemin beynəlxalq təşkilatlarda daha fəal şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Bu, əlbəttə ki, asan proses deyil. Beynəlxalq ictimaiyyət də problemin ədalətli şəkildə həll edilməsi üçün birləşməlidir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
İcevan hadisələri Paşiynvanın sonunu gətirə bilər
19.07.2019
Eldar Qasımov Gürcüstanda azərbaycanlı uşaqlarla bir arada
18.07.2019
Ermənistanın İcevan bölgəsindəki gərginlik davam edir
18.07.2019
Россия готова поставить Турции истребители Су-35
18.07.2019
Hansı daha üstündür: F-35, yoxsa Su-57?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info