Əmək yarmarkaları keçiriləcək
Tarix: 06.04.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında növbəti əmək yarmarkalarına aprelin 11-də start veriləcək. İlk tədbir Sədərək rayonunun Heydərabad qəsəbə mərkəzində təşkil olunacaq.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprel ayının 12-də Kəngərli Rayon Məşğulluq Mərkəzində bu bölgənin işaxtaran sakinlərinə vakant iş yerləri təqdim ediləcək. Aprelin 13-də keçiriləcək əmək yarmarkasının növbəti ünvanı Şahbuz şəhərindəki “Araz” kinoteatrının binası olacaq. Culfa rayonunun işaxtaran sakinləri bu xidmətdən aprel ayının 14-də yararlana biləcəklər. Aprelin 18-də ordubadlılara, 19-da babəklilərə, 20-də isə şərurlulara iş yeri seçmək imkanı yaradılacaq.
Naxçıvan şəhərində əmək yarmarkası aprel ayının 21-də “Gənclik” Mərkəzində keçiriləcək.
Qeyd edək ki, ötən il də muxtar respublikanın bütün şəhər və rayonlarında əmək yarmarkaları, eyni zamanda, təhsil və səhiyyə yarmarkaları təşkil olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
“Gilan Holdinq” qazimizə ev verdi
26.11.2020
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib
24.11.2020
Artıq hamı ev tikə bilər...
24.11.2020
Bakının məşhur “Təzə bazar“ı köçürülür
23.11.2020
Maskasız evinin kandarına çıxan cərimələnəcək – DİN

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
2 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
3 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
4 Öküz ili bürclərə nə vəd edir?
5 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info