Yaponiyada ilk dəfə Azərbaycanla bağlı elmi kitab çap edilib
Tarix: 06.04.2017 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


2017-ci ilin mart ayında Yaponiyada 434 səhifəlik A5 formatlı “Azərbaycanlılığın yaradılışı” adlı elmi kitab çap edilib. Bu haqda məlumatı özəl olaraq “Palitra”ya Yaponiyada diaspor fəaliyyəti göstərən, konfliktologiya elmi üzrə tədqiqatçı Əlibəy Məmmədov verib. O qeyd edib ki, kitabın müəllifi Şionozaki Şinya 1982-ci ildə Yaponiyanın Naqano prefekturasında anadan olub. Ədəbiyyat üzrə fəlsəfə doktorudur. 2010-cu ilin sentyabr ayından 2012-ci ilin oktyabr ayına qədər 2 il müddətinə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Tofiq T. Mustafazadənin nəzarəti altında elmi fəaliyyət göstərib, azərbaycan dilində də sərbəst yazmağı və danışmağı öyrənib. Qeyd edək ki, Əlibəy Məmmədov ilk aylarda elmi araşdırmaçı Şionozaki Şinyanın azərbaycan dili müəllimi olub. O, Yaponiyanın Kyoto Universitetinin məzunudur. Bugünədək, “Qubalı Fətəli xan və Dərbəndin əhalisi”, 18-ci əsrin Dərbəndi və digər mövzularda azərbaycan və yapon dillərində elmi məqalələr yazıb.
“Azərbaycanlılığın yaradılışı” kitabı aprel ayının 12-dən etibarən Yaponiyanın kitab mağazalarında satışda olacaq. Əlibəy Məmmədov bildirib ki, Yaponiyada azərbaycançılıq, Azərbaycan milləti ilə bağlı geniş tərkibli elmi kitabın çıxması bir ilkdir. Bu kitab Yaponiyanın elm dünyasında Azərbaycana, Azərbaycan xalqına olan marağı daha da artıracaq.
Kitabda Azərbaycan millətinin formalaşması, onun əsasları haqqında Şionozaki Şinyanın elmi araşdırmalarının nəticələri toplanıb. Kitabda Bakı və Tiflisdə fəaliyyət göstərmiş Azərbaycan ziyalıları, yazıçı, ictimai xadim və dramaturqlarının, o cümlədən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə haqqında geniş məlumatlar verilib. Eyni zamanda “Molla Nəsrəddin” jurnalı və onun o zamankı cəmiyyətdə rolu qələmə alınıb.
Elmi araşdırmaçı Şionozaki Şinya elmi işində osman, fars, rus və Qərb dillərində olan ədəbiyyatları əsas götürüb. Bu kitabın Yaponiyanın elm dünyasında Azərbaycanla bağlı araşdırmalara yeni bir nəfəs verəcəyinə ümidlər bəslənilir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Xaçmazda baş vermiş avtoqəza zamanı ölənlərdən ikisinin kimliyi məlum olub
06.12.2019
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb
06.12.2019
Yeni Delhidə havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb
06.12.2019
Prezident Şamaxıda “ASAN Həyat“ kompleksinin açılışında iştirak edib
06.12.2019
Azərbaycan Prezidenti: Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
3 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
4 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info