Səfir: “Azərbaycan və İsrail Yaxın Şərqdə stabillik məkanıdır”
Tarix: 06.04.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


“İsrail gələcəkdə TANAP layihəsinə qoşula bilər”.
 

"Sabah İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. İsrail Azərbaycanın müstəqilliyini tanıyan 4-cü ölkədir".
 
Bu sözləri keçirdiyi mətbuat konfransında İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
 
O bildirib ki, iki ölkə arasında münasibətlər strateji və əhəmiyyətlidir: "Münasibətlərimiz heç də 1992-ci ildən başlamır. Azərbaycanda eramızdan əvvəl 7-ci əsrdən yəhudi icması yaşayır. Onlar Azərbaycanın bir hissəsidir. Azərbaycanın əziyyəti onların əziyyəti, rifahı onların rifahıdır. İki ölkə arasında münasibətlər çox unikaldır. Hər iki ölkənin Yaxın Şərq məsələsi ilə bağlı ümumi baxışı var. Ölkələrimiz münaqişədən əziyyət çəkir, ona görə də sülhə üstünlük verir. Hər iki ölkə Yaxın Şərqdə stabillik məkanıdır.
 
Azərbaycan və İsrail multikultural dəyərlərə malikdir. Hər iki ölkə müxtəlif dinin nümayəndələrinə tolerant yanaşır. Azərbaycan bu baxımdan unikal modeldir. Müxtəlif dinə malik insanlar burada dinc şəraitdə yaşayır. İsraillə Azərbaycan arasında münasibətlərin əsas faktorlarından biri də müdafiə sahəsidir. İsraillə Azərbaycan arasında energetika sahəsində çox gözəl münasibətlər var. Azərbaycan İsrail üçün etibarlı neft təminatçısıdır. İsrail həmçinin qaz ixracatçısına çevrilmək istəyir".
 
Səfir Azərbaycan və İsrailin qeyri-neft sektorunda da əlaqələrinin inkişaf etdiyini deyib: "İki ölkənin liderləri arasında çox yaxşı anlaşma var. Siyasi münasibətlərimiz yüksək səviyyədədir. Əlaqələr ölkələrin müxtəlif regionları arasında da inkişaf etdirilir".
 
Diplomat iki ölkə arasında ticarət dövriyyəsinin müdafiə və energetika sahəsini çıxmaqla, ötən il 260 milyon dollar təşkil etdiyini bildirib: "Biz bu rəqəmin bu il artacağına ümid edirik".

O bildirib ki, İsrail qaz ixrac edən ölkəyə çevrilmək və Avropaya qaz satmaq istəyir: " İsrail gələcəkdə TANAP layihəsinə qoşula bilər. Hazırda qarşımızda iki variant var. biri Kipr və Yunanıstan vasitəsilə, digəri isə Türkiyə və TANAP vasitəsilə. Hazırda hər iki imkan nəzərdən keçirilir".


Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2019
QDİƏT-in iclasında erməni təxribatının qarşısı alındı
20.11.2019
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
20.11.2019
Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilib
20.11.2019
İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb
20.11.2019
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə şok faktlar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10948

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
4 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info