Özünü bərpa edə bilən material hazırlanıb
Tarix: 06.04.2017 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Amerikalı alimlər zədələnən zaman özünü bərpa edə bilən material hazırlayıblar.
AZƏRTAC “mir24.tv” saytına istinadla xəbər verir ki, yeni maddə elektrik keçirmək xüsusiyyətinə malik olduğundan onu smartfonlar üçün displey kimi də istifadə etmək mümkündür.
Kəşfin müəllifləri Kaliforniya Universitetinin bir qrup alimidir. Qrupun rəhbəri Çao Van bildirib ki, material dartıldığı zaman onun uzunluğu 50 dəfə artır, parçalandıqda isə hissələri bir sutkadan gec olmayaraq yenidən bərpa olunur.
Yeni işləmənin əsasını ion-dipol əlaqəsi prinsipi təşkil etdiyinə görə, molekullar bir-birini cəzb edərək cızıq və parçalanmaları aradan qaldırır.
Ç.Vanın sözlərinə görə, üç ildən sonra özlərini bərpa edən materiallar sənayedə, xüsusilə smartfonların istehsalında kütləvi istifadə olunacaq.
Qeyd edək ki, bundan əvvəl də alimlər tərəfindən xüsusi maye əsaslı özünü bərpa edən material hazırlanıb. Həmin materialın istifadəsi kosmik sahədə baş verən qəzalar zamanı nəzərdə tutulub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Benzin tarixə qovuşur?
17.11.2019
Türk serialları ölkəyə nə qədər gəlir gətirib?
17.11.2019
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
16.11.2019
Moskvada Şaxta babanın ad günü qeyd olunacaq
16.11.2019
Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info