Fransızdilli “Le Carrefour” qəzetinin Frankofoniya həftəsində təqdimatı
Tarix: 06.04.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Azərbaycanda Fransız İnstitutunda Azərbaycanın yeganə fransızdilli mətbu nəşri olan “Le Carrefour” (Yol qovşağı) qəzetinin və “www.lecarrefour.az” saytının Azərbaycanda Frankofoniya həftələri çərçivəsində təqdimatı keçirilib. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Cavanşir Feyziyev, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Kamran Nəbizadə, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Fransa səfirliyinin, müxtəlif media təşkilatları və orqanlarının rəhbərləri və nümayəndələri, fransız dili üzrə mütəxəssislər və media nümayəndələri iştirak ediblər.
Qəzetin təsisçisi və baş redaktoru Zeynəb Kazımova “Le Carrefour” qəzetinin yaranması tarixindən, qəzetin ilk nəşrinin çapından, hazırkı durumundan, qəzetin elektron versiyasının fəaliyyətindən danışıb. Qəzetin yaradılmasında əsas məqsədin Azərbaycan-Fransa əlaqələrinin inkişafına dəstək vermək və Azərbaycanın təbliği olduğunu vurğulayan Zeynəb Kazımova qəzetin və saytın fəaliyyətinin Azərbaycan-Fransa münasibətlərinin media sahəsindəki əməkdaşlığına yönəldiyini bildirib. O, deyib ki, 2007-ci ildən fəaliyyət göstərən qəzetin bu il 10 yaşı olacaq. Zeynəb Kazımova qəzetin 2009-cu ildən yaradılan “www.lecarrefour.az” saytının hazırda həm də gündəlik xəbər portalı kimi uğurlu fəaliyyətindən söz açıb, Zeynəb Kazımova Azərbaycanın təbliği və tanıdılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ümumilikdə, Azərbaycan həqiqətlərinin fransızdilli xarici auditoriyaya çatdırılmasında qəzetin və saytın ölkəmizdəki və dünyadakı frankofon oxuculara istiqamətləndiyini bildirib. Baş redaktor qəzetin fəaliyyətinin həm də Fransanın ölkəmizdə tanıdılması, Fransaşünas, fransız dili üzrə təhsil alan, bu dillə maraqlanan və fransız dilini sevən insanların böyük maraqla izlədiyini və onların maraq dairəsində olduğunu deyib. Zeynəb Kazımova qəzetin Fransanın TV5 Monde və Beynəlxalq Fransızdilli Mətbuat Birliyi ilə əlaqələrindən də danışıb. O, “Le Carrefour” qəzetinin təşəbbüsü ilə Azərbaycan Mətbuat Şurası ilə birgə dəfələrlə Azərbaycanda xaricidilli medianın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, dəyirmi masaların təşkil olunduğunu da diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qəzetin fəaliyyətini yüksək qiymətləndirib. 10 yaşını qeyd edəcək qəzetin Azərbaycan-Fransa əlaqələrinin inkişafında daha geniş rol oynayacağına inamını ifadə edib. Azərbaycanla Fransa arasında əlaqələrin yaranmasının bu il 25 ilinin tamam olduğunu vurğulayan səfir iki ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini deyib. O, Azərbaycanda yeganə frankofon qəzetin mövcudluğundan məmnun olduğunu deyib. Orelia Buşez Frankofoniya həftələri çərçivəsində Azərbaycanda müxtəlif tədbirlərin təşkil olunduğunu bildirərək qeyd edib ki, Azərbaycanda Frankofoniya həftələri iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsinə kömək edəcək. “Qəzetin hazırkı fəaliyyəti fransızdilli oxucuları sevindirir, həmçinin bu qəzetin universitetlərlə və müxtəlif təşkilatlarla əməkdaşlığı məqsədə müvafiqdir” – deyə səfir vurğulayıb. Xanım səfir qəzetə fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür və ölkəmizdə yeganə fransızdilli qəzetdir. “Le Carrefour” qəzetinin rəhbərliyi ilə Azərbaycanda xaricidilli medianın fəaliyyətinə həsr olunmuş bir sıra
tədbirlər keçirilib. “Ölkəmizdə fransız dili sevilir, məktəb və universitetlərdə tədris olunur. Bu dil azərbaycanlıların sevdiyi Hüqonun, Zolyanın, Volterin, Balzakın dilidir” – deyə Ə.Amaşov qeyd edib. O, qəzetə fəaliyyətində uğurlar arzulayıb.
Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanda fransızdilli qəzetin fəaliyyət göstərməsini yüksək qiymətləndirərək bunun vacibliyindən söz açıb. Azərbaycan və Fransa arasında əlaqələrə toxunan deputat qeyd edib ki, fransızdili sovet dövründə də Azərbaycanda geniş yayılıb və istifadə olunub. Həmin dövrdə də tələbələr Fransaya təhsil almaq üçün yollanırdılar. Xanım səfirin fəaliyyətini yüksək qiymətləndirən deputat deyib ki, bu, Fransa-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə kömək edəcək. Cavanşir Feyziyev “Le Carrefour” qəzetinin iki ölkə arasında media sahəsində əməkdaşlıqda körpü rolunu oynadığını bildirib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə ölkəmizdə nəşr olunan fransızdilli qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə olduğunu bildirib. İşğalçı Ermənistanın Fransada tarixən formalaşmış böyük diasporu olduğunu deyən deputat bu ölkədə işğalçı Ermənistanın daha çox təbliğ edildiyini bildirərək, Azərbaycanda fransızdilli qəzetin fəaliyyət göstərməsinin çox önəmli olduğunu və bu baxımdan fəaliyyətini yüksək dəyərləndirib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
16.11.2019
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16.11.2019
Vilayət Eyvazovdan Bakı polisində mühüm vəzifəyə yeni təyinat
16.11.2019
Məşhur yumorist Maksim Qalkinin Heydər Əliyev Mərkəzində yaradıcılıq axşamı olub
15.11.2019
Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info