Bakı cuzqunu, pion, fenzel badamı və müsəlman süsəni
Tarix: 06.04.2017 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Nadir və nəsli kəsilməkdə olan bitkilər laboratoriyasının ekspozisiya sahəsi Mərkəzi Nəbatat Bağının şimal-qərb hissəsində yerləşir. Nadir və nəsli kəsilməkdə olan ot bitkilərinin öyrənilməsi, onların gələcək nəsillər üçün qorunub saxlanması ən vacib və aktuallıq kəsb etdiyindən Azərbaycan florasında bitən nadir növlərin öyrənilməsi, çoxaldılaraq artırılması və onların genofondunun toplanması vacib məsələlərdən biridir. Uzun müddət floramızda bitən bir çox nadir növlər bir sıra səbəblər üzündən itib batmaq təhlükəsi altındadır. Bu təhlükəni aradan qaldırmaq üçün Mərkəzi Nəbatat Bağında geofit bitkilərindən ibarət dünya standartları səviyyəsində kolleksiya sahəsi yaradılıb. Bu kolleksiya introduksiya tədqiqatları üçün baza təşkil etdiyindən bağlı ərazidə yerləşir.
AZƏRTAC xəbər verir ki, labarotoriyaya rəhbərlik edən Yusif Zeynalovun gərgin əməyi nəticəsində yaradılan bu kolleksiyada uzun illərin introduksiya sınağından keçmiş soğan, qulançar və ya mərəçüyüd, asfodelina, sünbülçiçək, çiriş, laləvər, qazsoğanı, qarğasoğanı, gəmirici soğan, süsən, iksiolirion, iridodiktum, dağlaləsi, zambaq, nərgiz, zəfəran və s. kimi bitkilər vardır. Bu növlər Azərbaycan təbiətində az bir ərazidə qalıb. Onlardan pion bitkisini misal göstərmək olar. Pion Azərbaycanın quru dağlıq bölgələrində, meşə kənarlarında və yaxud da quru yamaclarda yetişir. Qırmızı çiçəkləri olan bu bitkinin nəsli tamamilə azalıb. Buna görə də laboratoriyada pionun çoxaldılaraq Azərbaycan təbiətində olduğu yerlərə köçürülməsi istiqamətində işlər aparılır. Pion bitkisi Qubada, İsmayıllının bir hissəsində az miqdarda yamaclarda yayılıb. Bu bitki isə laboratoriyanın sahəsində kökümsovlarla çoxaldılır.
Bununla bağlı Y.Zeynalov deyir: “Elə bitkilər var ki, onlar nadir və nəsli kəsilməkdə olan bitkilər siyahısına düşməyib. Ancaq ekoloji müdaxilənin çoxalması ilə bağlı Azərbaycan təbiətində bir çox bitkilərin arealları getdikcə sürətlə kiçilir. Bu kiçilmə o deməkdir ki, zaman gələcək həmin bitkilərin də nəsli kəsilmək üzrə olacaq. Ona görə də belə bitkilərin bərpası, çoxaldılması və yeni sahələrə köçürülməsi vacib məsələlərdən biridir”.
Bakı cuzqunu endemik bitkidir. Azərbaycan təbiətində yalnız Abşeron yarımadasında qumlu yerlərdə bitir. İnşaat işlərinin genişlənməsi və sahələrin hasara alınması ilə bu bitkinin də kökü getdikcə tamamilə kəsilmək üzrədir. “Həmin bitkiləri burada yenidən çoxaldaraq boş olan ərazilərdə əkib yenidən həyat vermək istəyirik. Yaxşı bir xüsusiyyəti var ki, bunlar qələmlə rahat çoxalır. Çalışırıq ki, Abşeronda bu bitkilərin kökü kəsilməsin. Çünki başqa bir ölkədə bu bitkiyə rast gəlinmir”, - deyə Y.Zeynalov bildirib.
Fenzel badamı da nadir bitkilərdən hesab olunur. Qafqazda bir-iki yerdə var, Azərbaycanda isə Şəki-Zaqatala bölgəsinə çatmamış Ağdaş-Şəki dağlıq bölgələrində, Quba-İsmayıllı zonasında az miqdarda qalıb. Alim fenzel badamının xüsusiyyətlərindən danışır: “Bunu toxumla əkirsən, şirin badam əmələ gəlir. Ona görə fenzel badamı deyirik ki, şirin badamdır. Hansı badamı toxumla əkirsənsə, acı çıxır, ancaq bu şirin olur. Bu badam Orta Asiyada Kapetdağ bölgəsində yetişir”.
Müsəlman süsəninin Qafqazda 30 növü yayılıb. Azərbaycanda isə 20-dən çox növü var ki, bunun da 8-i nadir növ sayılır. Laboratoriyada bu nadir bitki kökümsovlarla çoxaldılır. Süsənin xüsusiyyəti odur ki, istilər düşəndə çiçək açır və dekabrın axırına qədər yaşıl qalır. Ona görə də Abşeronun yaşıllaşdırılmasında faydalıdır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.11.2019
Vilayət Eyvazovdan İnterpolun Milli Mərkəzi Bürosu rəisi vəzifəsinə təyinat
14.11.2019
Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək
14.11.2019
Türkiyə Prezidenti Allahşükür Paşazadəni təbrik edib
14.11.2019
Putin Allahşükür Paşazadəni təltif edib
14.11.2019
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezidentdən Bayraq Günü paylaşımı - Video
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info