Suraxanıda gənclər hərbi xidmətə yola salınıblar
Tarix: 06.04.2017 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına uyğun olaraq, aprelin 1-dən ölkəmizdə başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir. Aprelin 6-da Suraxanı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon idarəsinin, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Suraxanı rayonundakı Heydər Əliyev parkında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən  bildiriblər ki, mərasim iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına şəhid olmuş igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
SHXÇDX-nın Suraxanı rayon idarəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov bildirib ki, bu günün çağırışçıların həyatında əlamətdar olduğunu vurğulayıb. Vurğulayıb ki, son illər bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycanın müdafiə potensialının güclənməsi istiqamətində böyük işlərin həyata keçməsi nəticəsində Azərbaycanın hərbi qüdrəti daha da artıb. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz bunu ötən ilin aprelində bir daha nümayiş etdirdi. Aprel zəfəri bir daha sübut etdi ki, hərbi əməliyyatlar başlayarsa, Ermənistan Azərbaycanın güclü ordusu qarşısında daha ağır məğlubiyyətə düçar olacaq.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
İlqar Abbasov əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusi vurğulayıb. O, Azərbaycanın sabitlik və inkişafının qarantı olan Prezident İlham Əliyevin ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifə kimi səciyyələndirib.
Rayon icra hakimiyyətinin rəhbəri gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdıraraq onlara şərəflə xidmət etməyi arzulayıb.
Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Fərəc Quliyev, şəhid anası Saray Quliyeva, valideyn Vəfa Vəliyeva və digər çıxış edənlər çağrışçılara uğurlar arzulayıblar.
Çağırışçılar adından çıxış edən Orxan İsmayılov şərəflə xidmət edəcəklərinə söz verib.
Hərbçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestrinin səsləndirdiyi hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info