ADPU-da Aprel döyüşlərinin ildönümü ilə bağlı elmi-praktik seminar keçirilib
Tarix: 06.04.2017 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümü ilə bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələri ölkənin suverenliyi və ərazi bütövlüyünün təminatçısı, hər bir vətəndaşın qürur yeridir” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda fakültənin müəllim və tələbələri, hərbçilər iştirak ediblər. Tədbirin əvvəlində Aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Seminarı giriş sözü ilə açan fakültənin dekanı, dosent Laçın Həsənova bildirib ki, 2-5 aprel 2016-cı ildə baş verən hadisələrdən bir il ötür. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Aprel döyüşləri Azərbaycan Ordusunun böyük qələbəsidir. Bu qələbə ermənilərin “məğlubedilməzliyi mifi”ni dağıtdı və Dağlıq Qarabağda mövcud status-kvonun dəyişilməsinin vacibliyini bir daha ortaya qoydu.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Məhərrəm Cahangirov, Aprel döyüşlərinin iştirakçıları, polkovnik-leytenant Vüqar Mirzəliyev, polkovnik-leytenant Eldəniz Sadıqov, ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, fakültənin baş müəllimi, kapitan Natiq Əliyev, III tədris ilinin tələbəsi Azər Əliyev çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, ötən il aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından davamlı atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin sıx yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Aprelin 2-dən 5-dək davam edən döyüşlər zamanı Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyi də bölmələrimizin nəzarətinə keçib. Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri-polkovnik və generallar məhv edilib. 4 günlük döyüşlərdə Azərbaycan Ordusu 2000 hektar ərazisini işğaldan azad edib. İşğaldan azad edilən strateji yüksəkliklərdən Dağlıq Qarabağ ərazisinin xeyli hissəsinə nəzarət etmək mümkündür. Düşmən tərəfindən 300 nəfərdən çox ölüb, 500 nəfərdən çox isə yaralanıb. Döyüşlərdə Azərbaycan Ordusu da itki verib, çoxlu şəhidlərimiz olub. Qədirbilən xalqımız bütün şəhidlərimizin, o cümlədən Aprel şəhidlərinin xatirəsini əziz tutur. Çıxışlarda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi ifadə edilib.
Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı, fakültənin baş müəllimi Nəcibə Axundova çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, həyat yoldaşının döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb, ailələrinə göstərilən dövlət qayğısından razılıq edib.
Tədbir fakültənin müəllim və tələbələrinin hazırladıqları konsert proqramı ilə davam edib. Vətənpərvərlik ruhunda səslənən və qələbəyə inamı ifadə edən musiqilər tədbir iştirakçılarında yüksək əhvali-ruhiyyə yaradıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı
03.12.2020
Suqovuşan və Talış kəndlərində inspektorlar təyin edilib, xidməti post qurulub - DİN

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
2 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
3 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
4 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
5 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info