Petro Poroşenko: “Ukrayna və Azərbaycan arasında əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsindədir”
Tarix: 06.04.2017 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Prezident Petro Poroşenko Ukrayna və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda Prezident qeyd edir ki, Ukrayna Xalq Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti zamanlarından bəri davam edən münasibətlərimizin tarixi dövlətlərimiz arasında möhkəm dostluq və qarşılıqlı hörmət əsasında uğurlu əməkdaşlıqla əlamətdar olub. Dövlət başçısı ikitərəfli əlaqələrimizin müasir mərhələsinin 25 ili ərzində Ukrayna və Azərbaycan arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdığını məmnuniyyətlə bildirir. O vurğulayır ki, dövlətlərimiz siyasi dialoqun yüksək dinamikasına, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı marağın bütün sahələrində əlaqələrə praqmatik məzmun verməyə meyil nümayiş etdirirlər.
Petro Poroşenko vurğulayır ki, müasir çağırışlar hər iki dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi məsələsində bizi daha sıx birləşdirir. Ukraynada Azərbaycanın müvafiq mövqeyi hiss edilir və yüksək qiymətləndirilir. Öz növbəmizdə biz də Azərbaycan xalqını daimi olaraq dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Biz xüsusən beynəlxalq arenada birgə səylərimizin fəallaşdırılması yolu ilə qarşılıqlı dəstəyimizi artırmağa hazırıq.
“Əminəm ki, Sizin Ukraynaya səfəriniz dövlətlərimiz arasındakı münasibətlərdə mühüm mərhələ olacaq, Ukrayna-Azərbaycan əməkdaşlığı isə hər iki ölkənin xalqlarının firavanlığı naminə gələcəkdə də qarşılıqlı etibar, hörmət və səmimilik əsasında möhkəmlənəcək”, - deyə Ukraynanın Prezidenti qeyd edir.
Prezident Petro Poroşenko Prezident İlham Əliyevə möhkəm cansağlığı və ali dövləti fəaliyyətində yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzu edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
11.12.2019
Həyatım boyunca bu kədərlə yaşayacağam
10.12.2019
Putindən xəbərdarlıq: İkinci Serebrenitsa yaşana bilər
10.12.2019
“Qolos Armenii”: “Paşinyan hökuməti cəmiyyətdə ictimai harmoniyanı pozur”
10.12.2019
Yuri Lujkov vəfat edib
10.12.2019
Araratyana görə, Paşinyan artıq meymunluq etməyə başlayıb...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
2 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Avropada işsizlər ordusu yaranır
5 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info